beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sədərək Ticarət Mərkəzi

"Sədərək Ticarət Mərkəzi" — MDB-də Ən nəhəng Ticarət Mərkəzlərindən biri

Sədərək TMMündəricat
1 Yaranma tarixi
2 Ətraf mühitin qorunması
3 "Sədərək Ticarət Mərkəzi"nin strukturu
4 "Sədərək Ticarət Mərkəzi"nə necə gəlmək olar
5 Anbarlar
6 "Sədərək Ticarət Mərkəzi"nin ərazisində yerləşən şirkətlər
7 Mehmanxanalar
8 Restoran, kafe, qəlyanaltı
9 Banklar
10 İstinadlar


Yaranma tarixi

"Sədərək Ticarət Mərkəzi" 1995-ci ildən Binə qəsəbəsi yaxınlığında fəaliyyətə başlamış, sonradan şəhərdə aparılan tikinti və abadlaşdırma işləri ilə əlaqədar 2009-cu ilin aprel ayında Lökbatan qəsəbəsinə köçürülmüşdür. Sədərək Firmasının rəhbərliyinin dəstəyi sayəsində iş adamları ABŞ, Fransa, İtaliya, Çin, Yunanıstan, Rusiya, Türkiyə, İran Çexiya, Polşa kimi bir sıra xarici ölkələrin aparıcı fabrik və zavodları ilə işgüzar əlaqələr quraraq əməkdaşlıq edirlər. Bu əməkdaşlıq nəticəsində regionda qiymətlərin 30-40%-ə qədər enməsinə, Ticarət Mərkəzində dünyanın bir çox xarici ölkələrindən gətirilən yüksək keyfiyyətli malların satılmasına nail olunmuşdur. Bu gün Sədərək Ticarət Mərkəzi yalnız Azərbaycanda, deyil eyni zamanda Cənubi Qafqaz regionunda yerləşən qonşu Gürcüstan, Rusiyanın iş adamları üçün də əsas topdansatış mərkəzinə çevrilmişdir.

Ətraf mühitin qorunması

Sədərək Ticarət mərkəzinin ərazisində təmizlik, yaşıllaşdırma və abadlıq işləri hər gün aparılır. Ticarət mərkəzinin ərazisindəki istər istehsal, istərsə də satışla məşğul olan qurumlar mövcud ekoloji standartlara uyğun fəaliyyət göstərir. Sədərək Ticarət mərkəzinin ərazisindəki cirkab sular, dünya standartlarına uygun xüsusi su təmizləmə qurgu vasitəsi ilə təmizlənir,təmiz texniki su halına gətirilərək,ərazidəki yaşıllıqların sulanmasında istifadə olunur.

"Sədərək Ticarət Mərkəzi"nin strukturu

Sədərək Ticarət Mərkəzi şərti olaraq 6 hissəyə bölünür
ELİT KORPUSU
XALÇA BAZARI
TİKİNTİ BAZARI
I ƏRAZİ
II ƏRAZİ
III ƏRAZİ

Sadarak Tm

Üç korpusdan ibarət “Elit”-də:

Sədərək TM Elit Korpusu
Xəz dəri geyimləri : “Femina”, “Jaguar Furs”, “Simpatiya”, “Snejnaya Koroleva” mağazalarında Türkiyə, Yunanıstan, İtaliya və İspaniyadan gətirilmiş geniş çeşiddə kişi və qadın üçün xəz-dəri geyimlərinin kolleksiyaları təqdim edilir.
Kişi geyimləri: “Onen”, “Osmanlı”, “Glimber”, “Bianos”, “Ziver” və “Avantguarde” mağazalarında istənilən ölçüdə və modeldə kişi geyimlərini əldə etmək olar.
Qadın geyimləri: məşhur “Eveline-Paris”, “İkiler”, “Balero”, “Vivento”, “By Bessini”, “Fascino”, “Dayı”, “Ali Yavuz” markalarının müxtəlif çeşidlərini əldə etmək mümkündür.
Ayaqqabılar : Keyfiyyət, rahatlıq və sərfəli qiymət anlayışlarını bir yerdə arzulayan alıcılar, Türkiyə istehsalı olan kişi, qadın və uşaq ayaqqabılarını “Alcarpin” - (kişi ayaqqabıları), “Bergamo” (qadın ayaqqabıları), “Milano” (kişi, qadın və uşaq ayaqqabıları) mağazalarında təqdim edilən, zövq oxşayan çeşidlərindən yararlana bilərlər.
İdman üslubunda geyimlər: “Adidas” mağazasında Adidas firmasının istehsalı olan bütün məhsulları toplanıb.
Cins brendləri: “Missouri”, “Levis” cins brendlərinin topdan və pərakəndə satış mağzaları yerləşir.
Qablar :Çexiya istehsalı olan zərif çini və büllur qabların satış mərkəzinə çevrilmiş “Royal Qab” mağazası da fəaliyyət göstərir.

SederekTM Elit
Xalça bazarında
Xalça və toxuculuq məmulatlarının topdan və pərakəndə satış mağazalarının xidmətlərindən yararlanmaq mümkündür.
Tikinti bazarında
Hər növ tikinti materialları, inşaat malları, həmçinin bu sahədə istifadə edilən avadanlıqların topdan və pərakəndə satış mağazaları fəaliyyət göstərir.
I Ərazidə
1-7-ci sıralarda – mövsümə uyğun olaraq zövq oxşayan hər növ kişi, qadın və uşaq geyimlərini həm topdan, həm də pərakəndə şəkildə əldə etmək mümkündür.
8-ci sırada - bütün növ parça və tikiş üçün lazımi avadanlığın, ləvazimatların topdan və pərakəndə satış mağazaları yerləşir.
9-11-ci sıralarda – hər növ kişi, qadın və uşaq ayaqqabıları mağazaları fəaliyyət göstərir.
12-ci sırada – parfümeriya, kosmetika və bijuteriya, xırdavatların topdan və pərakəndə satış mağazaları var.
II Ərazidə
Sədərək Ticarət Mərkəzinin topdansatış anbarları yerləşir.
III Ərazidə (Şirniyyat)
1-3-cü sıralarda - elektrotexnika, kompüter və aksesuarları, məişət avadan¬lıq¬ları, topdan və pərakəndə satış mağazaları fəaliyyət göstərir.
6-cı sırada yerləşən “Təkbir Gümüş” mağazasında, ən tələbkar alıcılar belə zövqlərinə uyğun gümüş əşyalar əldə edə bilərlər
4-13-cü sıralarda - kənd təsərrüfatı malları, ovçuluq və idman ləvazimatları, dəf¬tər¬xana və ofis ləvazimatı, xırdavat, suvenirlərin və oyuncaqların topdan və pərakəndə satış mağazaları yerləşir.
14-17-ci sıralarda - tekstil (pərdə, yataq dəstləri), məişət əşyalarının topdan və pərakəndə satış mağazaları yerləşir.

"Sədərək Ticarət Mərkəzi"nə necə gəlmək olar

"Sədərək Ticarət Mərkəzi"nə:
Şəxsi avtomobili ilə gəlmək istəyən şəxslər çox rahatlıqla Ticarət Mərkəzinə çatacaqlar. Çünki Sədərək Ticarət Mərkəzi həm şəhərə yaxınlığı, həm də paytaxtın əsas girişlərinin yaxınlığında olması, eləcə də tıxac olmayan ərazidə yerləşməsi, üstəlik Ticarət Mərkəzinə aparan yolların tam rahatlığı ilə fərqlənir. Bundan əlavə alıcılar burada rahat və geniş park etmə imkanları olan dayanacaqla, bütün marka avtomobillərin təmiri və ehtiyat hissələri ilə təchiz edilmiş Avto-servislə təmin olunur, heç bir park etmə problemi yaşamırlar.
Taksi ilə hərəkət etməyə üstünlük verən müştərilər Ticarət Mərkəzindən geri qayıtmaq üçün Taksi dayanacaqlarnın xidmətlərindən yararlana bilərlər.
Avtobusla:
1.Ölkədaxili marşrutlar Sədərək TM-nin Avtovağzalına Azərbaycanın bütün rayonlarından müasir və rahat kondisionerlə təchiz edilmiş avtobuslar bir başa marşrutla gəlir.
2.Beynəlxalq marşrutlar Sədərək TM Avtovağzalına Rusiyanın: Pyatiqorsk, İjevsk, Kirov, Rostov, Volqoqrad, Krasnodar, Dağıstanın: Maxaçqala, Xasavyurt, Dərbənd kimi şəhərlərindən, həmçinin İran və Gürcüstandan da birbaşa avtobus marşrutları fəaliyyət göstərir.
3. Şəhər daxilindən Sədərək Ticarət Mərkəzi şəhərin müxtəlif nöqtələrindən rahat gəlmək üçün avtobus marşrutları işləyir. Sədərək Ticarət Mərkəzi doğru hərəkət edən şəhər daxili avtobusların dayanacaqlarının və marşrutlarının istiqamət sxemi təqdim edilmişdir. Xəritədən istifadə edərək alış-verişin, xüsusilə topdan satışın ən əlverişli məkanı olan Sədərək Ticarət Mərkəzinə çox asanlıqla gəlmək olur.

SEDEREK foto

Bundan əlavə Sədərək Ticarət mərkəzinin ərazisində yerləşən Avtovağzala daxil olduqdan sonra sürücü və sərnişinlərin məlumatlandırılması üçün Məlumat Mərkəzi, yüklərin saxlanılması və təhlükəsizliyi üçün anbarlar, istirahət üçün Otel, restoran və kafelər fəaliyyət göstərir.

Sədərək TM

Anbarlar

Sədərək Ticarət Mərkəzi ərazisində böyük miqdarda münasib şəraitli, örtüklü anbarlar fəaliyyət göstərir. Tikinti materialları, geyim əşyaları, qida məhsulları, xalçalar, məişət avadanlıqları, xəz-dəri məhsulları və başqa istənilən malların saxlanıldığı və emal edildiyi bu anbarlar, malların topdansatışına əlverişli zəmin yaradır.

"Sədərək Ticarət Mərkəzi"nin ərazisində yerləşən şirkətlər
DEKA Şirkəti:
“Bakı-Pilsen” pivə zavodu

Ünvan: Bakı ş., Lökbatan qəsəbəsi, “Sədərək” TM
“Dübrar” Mineral su zavodu Bakı ofisi

Ünvan: Bakı ş., Lökbatan qəsəbəsi, “Sədərək” TM
“Cənnət Bağı” Şirkətlər qrupu Baş Ofisi:

Xızı rayonunun Altıağac kəndində və Qubada İstirahət Mərkəzi olan, istirahət üçün ideal şərtlər təklif edən və turizm sahəsində zəngin təcrübəyə malik “Cənnət Bağı” Şirkətlər qrupunun Baş Ofisi Sədərək Ticarət Mərkəzinin ərazisində yerləşir.
"Sədərək Turizm"

TM ərazisində Sədərək turizm agentliyi də fəaliyyət göstərir. Agentlik aviobiletlərin satışı, pulsuz çatdırılma, viza dəstəyi, Bakıda və xaricdəki mehmanxanalarda yerləşdirilmə, nəqliyyat: dəmiryolu, avtomobil və mikro-avtobus xidmətləri, Azərbaycan və xaricdə grup və VIP turların təşkili, bələdçi və tərcüməçi, Hava limanında qarşılama və yola salma, daxili və xarici turizm kimi xidmətlər təqdim edir. Unvan: Sədərək TM, Elit,mərt. 2, bina 3,korpus 2,ofis 1
Karqo xidmətləri

Sədərək Ticarət Mərkəzinin ərazisində yerləşən 10 yük Cargo terminalına Çin, Türkiyə, İran, Gürcüstan, Rusiya kimi ölkələrdən daşınan yük malları qəbul olunur.Yükdaşımaların operativliyi və yüklərin təhlükəsizliyi ən yüksək səviyyədə təşkil olunub. Karqolar sırası, sıra 4, korpus 95/A, anbar-Bakı

Mehmanxanalar
“Şah” oteli 2 mərtəbəli 2 lyuks, 4 yarımlyuks, bir və iki otaqlı standart ümumilikdə 20 nömrəsi olan, bu otel müştərilərə kafe, bar, geniş restoran kimi xidmətlərini təqdim edir. Burada istirahət edən iş adamlarının yazışmalar, on-line biznes-konfranslar aparması üçün internet var.
“Qlobus” Rusiya Federasiyası, Dağıstan Respublikası, Maxaçqala ş.-də yerləşən “Qlobus” şirkətinin servis xidmətinin eyni adlı Mehmanxanasıdır. Mehmanxanada 20-yə yaxın otaq var.

Ünvan: Sədərək Ticarət Mərkəzi, Dağıstan dayanacağının yanı.

Restoran, kafe, qəlyanaltı

Ticarət Mərkəzində yüngül qəlyanaltının, milli mətbəx nümunələrinin, çay dəsgahının və gənclərin üstünlük verdiyi fast-food yeməklərinin təklif edildiyi 20-dən cox cafe və restoranlar var.Bu məkanlardan bir necəsi aşağıdakılardır.

Pitti kafe – Elit korpusu I mərtəsi SƏDƏRƏK T.M-nin ELİT KORPUSUNUN Biriçi mərkəbəsində yerləşən "PİTTİ CAFFE" Sizlərə Əsil italyan Kofesi,Qaynar Şokolad,Təbii Şirələr,Sərinləşdiriçi içkilər,Yüngül Ayaqüstü qəlyanaltılar Təklif edir.

ELİT PİTTİ CAFE

“Bakı-Pilsen” Restoran- pivə evi

Sədərək TM Bakı Pilsen

Banklar

Sədərək Ticarət mərkəzinin Elit korpusunun I mərtəbəsində Zaminbank və Parabank kimi nüfuzlu bankların filialları fəaliyyət göstərir. Filiallarda pul köçürmələri etmək, istehlak və biznes kreditləri almaq olar, eləcə də depozit qəbulu, kommunal xərclərin ödənilməsi xidməti yerinə yetirilir.

"ZAMINBANK"

Bakı ş., Qaradağ rayonu, Lökbatan qəs., Sədərək TM (Elit-3 korpusu)

"PARABANK"

Bakı ş., Qaradağ rayonu, Lökbatan qəs., Sədərək TM (Elit-3 korpusu)

VERGİLƏR DEPARTAMENTİ Sədərək Ticarət Mərkəzinin ərazisində Bakı şəhəri Vergilər departamentinin vergi ödəyicilərinə xidmət mərkəzi fəaliyyət göstərir. Vergilərlə bağlı bütün suallara TM ərazisini tərk etmədən cavab tapmaq mümkündür. Unvan: Sədərək TM, Elit,mərt. 2,

REKLAM VƏ MARKETİNQ ŞÖBƏSİ Sədərək Ticarət Mərkəzinin Reklam və Marketinq şöbəsi reklam bilbordlarının kirayəsi, mağaza üstü reklamların hazırlanması kimi xidmətləri təklif edir. Unvan: Sədərək TM, Elit, mərt. 1

SABİT MÜHAFİZƏ XİDMƏTİ MMC Sədərək Ticarət Mərkəzi ərazisində 27 aprel 2010-cu il tarixində yaradılmış Özəl Mühafizə Xidməti fəaliyyət göstərir. Peşəkar mühafizə qrupundan ibarət Mühafizə xidmətinin əsas fəaliyyət istiqamətləri: fiziki və texniki əməliyyat yolu ilə obyektlərin mühafizəsi və təhlükəsizliyin təmin edilməsi, Sədərək TM və “Sədərək” firmasının digər ünvanlarda yerləşmiş obyektlərinin mühafizə olun¬ma¬sı. Unvan: Sədərək TM, Elit, mərt.1

TİBB MƏNTƏQƏSİ Sədərək Ticarət Mərkəzinin ərazisində personalının hər hansı travma, bədbəxt hadisə zamanı insanlara yardım etməyə hazır olan tibb məntəqəsi yerləşir. Ünvan: Sədərək TM, Elit korpusunun yanı. Tel: (+99440)511-97-14;

Sədərək Avto-Servis Sədərək Ticarət Mərkəzinin ərazisində bütün növ avtomobil ehtiyat hissələrinin sifarişini qəbul edən, istənilən növ təmir işini yerinə yetirən Avto-servis fəaliyyət göstərir. Bacarıqlı ustaların yardımı ilə avtomobilin texniki baxışdan keçirmək, təmir elətdirmək imkanı var. Bundan əlavə, Ticarət Mərkəzinin ərazisini tərk etmədən Avtomobilə lazım olan ehtiyat hissələrinin ucuz qiymətə əldə etmək və avtomobilləri təmizlətmək mümkündür. Ünvan: Sədərək Ticarət Mərkəzinin girişi


Tarix: 18.03.2013 / 19:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1475 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari