Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

VneshExpertService

VneshExpertService — Azərbaycanda ilk milli konsaltinq şirkəti

Azərbaycanda konsaltinqin yaranma tarixi həm də "VneshExpertService"nin tarixidir. Bu isə 1991-ci ildə ilk milli konsaltinq şirkəti rəsmi qeydiyyatdan keçdiyi gündən başlanmışdır. Bu, 2006-cı ilin noyabrına qədər "VneshExpertService" kimi tanınan və sonradan "V.E.S. Consultancy LLC" şirkəti adlanan şirkətdir. Keşməkeşli və coşub-çağlayan 90-cı illər bir çox ölkələrin iqtisadiyyatına yeniliklər gətirdi. Azərbaycan da bu baxımdan istisna olmadı. Bazarda yeni oyunçuların meydana çıxması ilə təşkilatlara sabit mövqe tutmağa və iş prosesini səhmana salmağa kömək edə biləcək əlavə xidmətlərə kəskin zərurət yarandı. Məhz bu mərhələdə "V.E.S. Consultancy LLC" təsis edildi."V.E.S. Consultancy LLC" artıq 20 ilə yaxındır ki, Azərbaycanın aparıcı konsaltinq şirkətlərindən biridir və biznes, idarəetmə sahələrində peşəkar kompleks konsaltinq xidmətlərin göstərilməsi üzrə ixtisaslaşmışdır.

Burada maliyyə, iqtisadiyyat, IT texnologiyaları və xarici dillər üzrə peşəkar mütəxəssislər çalışır.Mündəricat
1 Xidmətlər
2 Uğurları
3 Mənbə
4 Həmçinin bax


Xidmətlər

Şirkət müştərilərə aşağıdakı xidmətləri təklif edir:
Müxtəlif sahələrdə fəaliyyət göstərən, qlobal, maliyyə, iqtisadi prosesləri dərk edən, müştərilərlə ünsiyyətdə problemlərlə qarşılaşmayan 80-dən artıq yüksək ixtisaslı işçilər;
Maliyyə və iqtisadi potensial haqqında tam məlumat, Azərbaycanda investisiya və hüquqi iqlim;
MDB dövlətləri və Azərbaycan Respublikasının qanunvericiliyinə nəzarət;
150-dən çox böyük yerli və xarici müəssisə və dövlət təşkilatlarına müxtəlif növ xidmətlər;
Hər il 700-dən çox müqavilə imzalanır;
Avropa, Rusiya və Qazaxstandakı nümayəndəliklər vasitəsilə həyata keçirilən beynəlxalq əməliyyatlar.

Operativlik, dəqiqlik və müştərilərlə etibarlı münasibətlər bu şirkətə xas olan xüsusiyyətlərdədir. Şirkət nəinki müştərilərin problemlərini həll edir, eyni zamanda onların yaranmasının qarşısını alır. Təcrübəli "VneshExpertService" şirkəti ilə əmakdaşlıq müştəriləri aşağıdakı xidmətlərlə təmin edir:
Müəssisə və idarəniz üçün geniş çeşiddə xidmətlər;
hüquqi şəxslərin qeydiyyata düşməsində kömək, investorların hüquqlarının müdafiəsi, vergi, maliyyə, gömrük və mülki qanunvericilik;
Mühasibat xidmətləri, maliyyə məsləhətləri, maliyyə və iqtisadi əməliyyatların araşdırılması;
Məlumat bazasının hər ay azərbaycan, rus və ingilis dillərində yeniləşməsi;
Marketinq xidmətlərinin geniş spektri;
Daşınmaz əmlakın qiymətləndirilməsi;
Tərcümə xidmətləri;
Daimi və müvəqqəti iş üçün ixtisaslı kadrların seçimi;
Korporativ məlumat sistemləri və mənbələrinə xidmət.

Uğurları

Şirkətin veb-səhifələri 2005-ci ildə Azərbaycanda İnternet səhifəsinə görə "Netty" mükafatına layiq görülmüşdür.


Tarix: 20.03.2013 / 15:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 167 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...