Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Total

Total Fransa nın neft şirkəti. Dövlət Neft Şirkəti ilə Fransanın «Total» şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda «Abşeron» dəniz yatağı blokunun kəşfiyyat, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Sənədə əsasən, Dövlət Neft Şirkəti layihədə 40, «Total» şirkəti isə 60 faiz iştirak payına malikdir. Kəşfiyyat dövründə Dövlət Neft Şirkətinin ortaq neft şirkətinin payına düşən bütün xərc və məsrəflərin maliyyələşdirilməsi podratçı tərəfin üzərinə düşür. Qazılacaq «Abşeron» bloku Xəzər dənizində Bakıdan 100 km aralıda, dənizin təxminən 500 metr dərinliyində yerləşir.

Layihədə tərəflərin pay iştirakı belədir: ARDNŞ - 40%, Total - 60%. Yataqda kəşviyyat müddəti 3 il təşkil edəcək və zərurət olarsa daha 2 il uzadılacaq. Kəşviyyət dövründə bütün xərcləri Total ödəyir. ARDNŞ geoloqlarına görə, yataqda ən azı 200 mlrd. kubmetr qaz və 100 mln. tondan artıq kondensat var.


Tarix: 18.03.2013 / 19:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 154 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...