beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Futbol üzrə Azərbaycan çempionatı 2013/2014

Azərbaycan Premyer Liqası 2013/2014 — 1992-ci ildən bəri futbol üzrə keçirilən sayca 22-ci Azərbaycan çempionatıdır. 10 komanda iştirak edib. Qarabağ FK klubu 21 illik fasilədən sonra çempionatın qalibi olub.
Qaydalar
2013/14 mövsümü yeni formatda keçirilir. İlk dəfə olaraq 10 komandalı 4 dövrəli çempionat təşkil edilib. Bu sistemə əsasən klubların hər biri 36 oyun oynayacaq. Mövsümün sonunda ilk 3 yeri tutan klublar Azərbaycanı 'Avrokuboklarda təmsil edəcək.

Çempionatda 10-cu yeri tutan komanda Topaz Premyer Liqasını tərk edir və I divizion-a yuvarlanır.
Vərəqələr
Ardıcıl 4 oyunda sarı vərəqə alan futbolçu növbətti bir oyunu buraxmalı olur.
Oyun zamanı 2 sarı vərəqədən qırmızı kart alan futbolçu növbətti bir oyunu buraxmalı olur.
Oyun zamanı birdəfəlik qırmızı kart alan futbolçu növbətti 2 oyunu buraxmalı olur və klubu pul cəzası ilə cəzalanır.
Limit
Çempionatın legioner limiti 7+3+1 şəklindədir. Bu isə o deməkdir ki, bütün 90 dəqiqə ərzində meydanda maksimum 7 əcnəbi, ən azı 3 yerli və yaşı 21-dək olan 1 yerli futbolçu oynamalıdır.


Tarix: 12.02.2015 / 17:51 Müəllif: Feriska Baxılıb: 73 Bölmə: Ümumi