beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şamxor mahalı

Mahal haqqında qısa bilgi
Sahəsi -
Əhalisi - Əsasən Qacarlar
Yaranması — 1747-ci il
Mərkəzi — Dəllər kəndi
Sərhədləri — Qərbdən Ayrım mahalı, şimaldan Şəmşəddil mahalı, şərqdən Şəki xanlığı, cənubdan Gəncə mahalı.
Mahalın tarixi
Xanlıqlar dövründə Şamxor mahalı Gəncə xanlığının tərkibində olmuşdur. Qazax sultanlığından başlayaraq Kür çayı boyunca cənuba doğru uzanan Gəncə xanlığı İrəvan və Qarabağ xanlıqları əhatəsində yerləşirdi. Samux, Kürəkbasan, Gəncə, Şamxor (Şəmkir) və Ayrım mahallarından ibarət idi. Ərazisi 5000 kv. verst idi. [Obozrenie Rossiyskix vladeniy za Kavkazam, I hissə, SPb., 1836, s.322.] Gəncə xanlığının Rusiya tərəfindən işğal edilməsindən sonra aparılmış kameral təsvir sənədləri XIX əsrin əvvəllərində xanlığın inzibatı bölgüsü haqqında daha dəqiq təsəvvür yaradır. 1807-ci ilin fevralında çar məmurlarının Yelizavetpolda keçirdiyi kameral təsvir dairədə Gəncə, Kürəkbasan, Şamxor, Samux və Ayrım mahallarını qeydə almışdır. [ЦГИААР. Фонд 24. оп 1. д.10, в. 9-15]. 1817-ci ildə Yelizavetpol dairəsində keçirilmiş müfəssəl kameral təsvir sənədlərində də bu dairədə 5 mahalın: Gəncə, Kürəkbasan, Şamxor, Samux və Ayrım mahallarının olması göstərilmişdir. [ЦГИААР. Gəncə. 1817 в. 1-267]. 1831-ci ildə dairədə keçirilmiş kameral təsvir sənədləri Yelizavetpolun 6 mahaldan ibarət olmasını qeyd edir: 1) Dağlıq mahalı-dairənin cənub-qərbində, Gəncə dağlarında yerləşir; 2) Şəmşəddil distansiyası ilə sərhəddə olub Şamxor çayın hər iki sahilində yerləşən Şamxor mahalı; 3) Qarabağ əyaləti ilə həmsərhəd olub Kürəkçayın əsasən sol və bir az da sağ sahilini əhatə edən Kürəkbasan mahalı; 4) Şamxor və Kürəkbasan arasında yerləşən Gəncəbasan mahalı; 5) Kür çayının sağ sahili boyu Samux dağ silsiləsini əhatə edən Samux mahalı; 6) Bütün dairəyə səpələnmiş, köçəriliklə məşğul olan Ayrumlar mahalı [Обозрение…ч. II, с.355-356.]. Görünür, Gəncə xanlığı ləğv edildikdən sonra, çox ehtimal ki, XIX əsrin 20-ci illərinin II yarısında, çar məmurları Yelizavetpol dairəsinin inzibati quruluşunda bəzi dəyişikliklər etmiş və nəticədə yeni bir mahal-Dağlıq mahalı yaradılmışdır.


Tarix: 27.01.2015 / 17:24 Müəllif: Feriska Baxılıb: 63 Bölmə: Ümumi