Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bayıl qalası - TARİXİ

Qala mənbələrdə müxtəlif adlarla ("Sualtı şəhər" , "Bayıl daşları", "Səbayıl qalası", "Karvansara", "Xanəgah", "Kömrükxana" və s.) anılsa da elmi ədəbiyyatda daha çox "Bayıl qəsri" adı ilə tanınır.

Bayıl qəsrinin adanın biçiminə uyğun uzunsov planı var. Qalanın uzunluğu 180 m, orta eni isə 35 m-dir. Qala divarları şərqdə altı, qərbdə isə beş yarımdairəvi (Bakı qalasındakı kimi) bürclə möhkəmləndirilmişdir.

Bayıl qəsrinin tikintisi siyasi-hərbi baxımdan çox qarşıq bir çağda – monqol yürüşləri bütün Yaxın Şərqi lərzəyə gətirdiyi vaxtda (1234-1235 -ci illərdə) başa çatmışdı. Ancaq sahilə yaxın adada tikilən bu möhtəşəm qəsrin ömrü çox qısa olmuşdur. Alimlərin fikrincə, o, 1306 – cı ildə baş vrən güclü zəlzələ nəticəsində dənizə batmışdır.

Arif Ərdəbili 1369 – cu ildə yazdığı "Fəradnamə" poemasında gördüklərini belə qələmə almışdı:

Bakıda dənizdə bir qala var ki,
Yeni şəhər qalasını orda su basmışdır.

Bu misralarda şairin Bayıl qəsrindən bəhs etməsi şübhə doğurmur. Arif Ərdəbili Bayıl qalasını tikinti başa çatdıqdan bir əsr sonra görmüşdü və təbiidir ki, o, hələ el yaddaşlarında "yeni şəhər qalası" kimi qalırdı. Bu deyim, həm də Bayıl qəsrinin şəhər qalası olmasını, yəni Bakının müdafiə sisteminə daxil edilməsini bir daha təsdiq edir.


Tarix: 10.01.2015 / 13:15 Müəllif: Feriska Baxılıb: 34 Bölmə: Ümumi
loading...