beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fit qalası

Fit qalası - Şirvanşahların son iqamətgahı olub. Bu qala Şamaxı şəhərindən 35 km məsafədə Sulut və Basqal kəndlərinin yaxınlığında yerləşir və Lahıc dağları ilə əhatə olunub. Fit qalası əlçatmaz bir yerdə yerləşir. Divarların eni 3 metrdir. Divarların müəyyən hissəsi uçduğundan tam olaraq hündürlüyü məlum deyil. Lakin divarların hündürlüyünün ən azı 5 metr olduğu güman edilir. Dağın ən hündür yerində xan evi adlanan böyük bina yerləşir. Bəzi tədqiqatçılar bu qalanın hətta III əsrdə Qafqaz Albaniyası dövründə də müdafiə qalası olduğunu bildirirlər. Başqa məlumatlarda isə qala Şirvanşahlar dövrünə aid edilir. Şirvan xanı Mustafa xan Fit qalasının ətrafında üç arşın enində divar tikdirmişdir. 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın hücumu zamanı Mustafa xan Fit qalasında müdafiə olunmuşdu. Qaladan XVIII əsrin sonlarına kimi istifadə olunub.


Tarix: 08.01.2015 / 01:06 Müəllif: Feriska Baxılıb: 34 Bölmə: Ümumi