beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Horadiz əməliyyatı

Horadiz əməliyyatı 1993-cü il dekabrından başlamış 6 yanvar tarixinə kimi davam etmişdir. Həmin vaxt Sarkisyanın əmri ilə dekabrda ermənilər Beyləqana hücum etdilər. Hücumun qarşısını kəsmiş milli ordumuz əks-hücuma keçmiş və qısa müddətdə Füzuli rayonun böyük hissəni azad etmişdir. Döyüşlər Füzuli və Cəbrayılın şəhər mərkəzlərində davam edirdi, ordumuzun bölmələri Xudafərin körpüsünə kimi irəlilədilər. Lakin əməliyyatı tam müvəfəqiyyətlə başa çatdırmaq mümkün olmadı. Ermənilərin köməyinə yeni bölmələr gəldi. Aramsız atışmalar sonrasında Azərbaycan Milli Ordusu Horadiz qəsəbəsini və Füzulinin 20 arazboyu kəndini o cümlədən Cəbrayılın Cocuq Mərcanlı kəndini işğaldan azad edə bildi. 21 min hektar ərazi düşmən tapdağından xilas olundu. Bu döyüşlərdə erməni tərəfin itkiləri 1,5-2 dəfə Azərbaycan tərəfindən çox oldu.

Horadiz əməliyyatı Azərbaycan Milli Ordusunun 1994-cü il qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyat olub.

Horadiz əməliyyatında iştirak edən 702-ci briqada 5 yanvar tarixində bir gün ərzində qənimət olaraq 3 tank, 1 ədəd "Şturm-S", 6 ədəd top, 6 ədəd top qoşqusu, 10-a yaxın nəqliyyat vasitəsi, çoxlu sayda silah və sursat götürüb. Düşmən ağır itkilər verərək cəsədlərini döyüş meydanında qoyaraq geri çəkilib.


Tarix: 22.01.2015 / 18:50 Müəllif: Feriska Baxılıb: 67 Bölmə: Ümumi