beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəzzeyn qalası

Bəzzeyn qalası - Qərbi Azərbaycanın (indiki Ermənistan ərazisi) Qafan rayonu ərazisində qala.

Qalanın adı hazırda ermənilər tərəfindən dəyişdirilərək David-bek (Davudbəy) qoyulmuşdur. Davud bəy 1722-1728-ci illərdə bu ərazidə türklərə qarşı vuruşan xristianlara başçılıq edib. İndi David-bek adı ilə dünyaya təqdim olunan Bəzzeyn qalası əslində Ərəb xilafətini lərzə gətirən Xürrəmilər hərəkatının rəhbəri Babəkin əsas sığınacaqlarından biri olub. Xilafət ordusu lə Babəkin qoşunu arasındakı son döyüşün də Güney Azərbaycanda, Qaradağ mahalının Kəleybər qəsəbəsi yaxınlığındakı Bəzz qalası yaxınlığında deyil, Qafandakı Bəzzeyn qalası yaxınlığında olduğu fikri bəzi tarixçilər tərəfindən irəli sürülür. Onlar öz fikirlərini belə izah edirlər ki, bu döyüşdə məğlub olan Babək çox da uzağa qaça bilməzdi və tarixi mənbələr də Babəkin Qarakilsə rayonunun Ağdüz kəndindəki Şəkki qalasında sığınacaq tapdığını göstərir.

Qala Oxçu çayının sağ və sol sahilində salınmış qalalardan ibarət olduğuna görə ərəblər bu qalanı Bəzzeyn (iki Bəzz) adlandırıblar. Bu isə Bəzzeyn və Bəzz qalalarının hər ikisinin də Babəkin strateji əhəmiyyətli dayaq məntəqələri olduğunu göstərir.

Bəzzeyn qalasını qorumaq və ətrafı müşahidə etmək üçün yaxın ərazilərdə bir neçə kiçik qalacıq da inşa edilmişdi. Onlardan biri Darvaza (bəzi mənbələrdə Kilid) adlanan qaladır. Bəzzeyn qalasına hücum zamanı bu qala Afşin, Əbu Səid və Buğa əl-Kəbirin orduları tərəfindən dəfələrlə dağıdıldığından dövrümüzə xarabalıqları çatmışdır.

Bəzzeyn qalasından 2,5 km aşağıda Oxçu çayının sahilində, Xüstub və Gəzbel dağlarının arasındakı dərin, dar dərədə isə Çiraxor qalası yerləşir. Çiraxor qalasının əsas funksiyası isə Darvaza qalasını qorumaq olmuşdur.


Tarix: 07.01.2015 / 23:44 Müəllif: Feriska Baxılıb: 58 Bölmə: Ümumi