beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çoxterefli intellekt (multiple intelligence)

Amerika psixoloqu Howard Gardner terefinden 1983-cü ilde teklif edilen çoxterefli intellekt (multiple intelligence) nezeriyyesine göre bütün insanlar eyni tipli intellekte malik olmurlar. Her bir ferd ferqli sahelerde başqalarından daha üstün intellekte malik ola biler.

Howard Gardner yeddi bele sahe müeyyenleşdirdi ve onları aşağıdakı kimi teyin etdi:
Beden-kinestetik (Bodily-kinesthetic) intellekti bedenin ve onun hisselerinin çevikliyi ve qıvraqlığını, etraflardan (eller ve ayaqlardan) müxtelif işleri keyfiyyetle yerine yetirmek ve yaradıcılıq üçün istifade etmek qabiliyyetini ehate edir;
Vizual-feza (Visual-spatial) intellekti fezada obyektlerin bir birine nezeren veziyyetlerini, yerleşmesini müeyyen etmek ve yerdeyişme zamanı yarana bilecek deyişikliyi teyin etmek qabiliyyetinden, obrazları ve şekilleri aydın tesevvür etme bacarığından ibaretdir;
Musiqi (Musical) intellekti sesin yüksekliyini, tonunu, ritmini ayırd etmek, müxtelif seslerden kompozisiya yaratmaq, melodiyanı seslendirmek qabiliyyeti kimi müeyyen edilir;
Verbal-linqvistik (Verbal-linguistic) intellekt dilleri öyrenmek qabiliyyetinden, fikrini şifahi ve yazılı şekilde deqiq ifade etmek bacarığından ibaretdir;
Mentiqi-riyazi (Logical-mathematical) intellekt problemleri mentiqi analiz etme, elmi tedqiqat aparmaq qabiliyyetlerinden, riyazi emeliyyatları aparma bacarığından ibaretdir;
İnterpersonal (Interpersonal) intellekt başqa insanları anlamaq, onların niyyetlerini, hisslerini başa düşmekden ibaretdir;
İntrapersonal (Intrapersonal) intellekt insanın özünü anlaması, öz hisslerini, isteklerini, ehtiyaclarını müeyyen ede bilmesinden ibaretdir;
Sonradan H. Gardner daha üç intellekt tipini siyahıya elave etdi. Bunlar aşağıdakılardan ibaretdir:
Naturalist (Naturalistic) intellekt etraf alemi, tebieti başa düşmekden ve onun qanunauyğunluqlarını anlamaqdan ibaretdir;
Spiritual/Ekzistensial (Spiritual/Existential) intellekt heyatın menasını aramaq, heyat ve dine aid suallara cavab tapmaq qabiliyyeti ile elaqedardır;
Moral (Moral) intellekt başqa insanların maraqlarını nezere alaraq qerar qebul etmek, gördüyü işlere göre mesuliyyet daşıdığını anlamaq bacarığı ile elaqedardır.

H. Gardnerin fikrince son iki tip intellekte aid deqiq fikirlere gelmek üçün çox tedqiqat aparılmasına ehtiyac var.


Tarix: 05.03.2013 / 17:33 Müəllif: [Ram] Baxılıb: 470 Bölmə: Ümumi Psixologiya