beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hobbi- yaxşı yoxsa zərərli vərdişdır?

Psixoloq Elnur Rüstəmov: “Ümumiyyətlə hobbiləri olan insanlar sakit insanlar olurlar”

Hobbi insanın boş zamanlarında məşğul olduğu, bəzi vaxtlar “vaxtını öldürdüyü”, çox vaxt isə həzz aldığı məşğuliyyət növüdür. Alimlərin araşdırmalarına görə bədbəxt insanların 38 faizinin heç bir hobbisinin olmadığı üzə çıxıb. İnsanların bir-birindən müxtəlif hobbiləri var. Müxtəlif kolleksiyalardan tutmuş, insan öldürməyi özünə hobbi seçən insanların yaşadığı bir dünyada yaşayırıq.
Bəs görəsən hobbilərimiz psixologiyamızın nə dərəcədə göstəricisidir? Bu sualla Psixologiya və Konsultasiya Mərkəzinin ( PCC) psixoloqu Elnur Rüstəmova müraciət etdik. Psixoloq hobbilərin insana rahatlıq gətirdiyini söyləyib: “Ümumiyyətlə hobbiləri olan insanlar sakit insanlar olurlar. Çünki bütün aqressiyanı, bütün neqativ enerjini hobbilərlə çıxarırlar. Əgər bir insana nəyə görə marka yığdığını soruşsanız bu bunu sözlə ifadə edə bilmədiyini deyəcək. Hobbilər insanın şüuraltı situasiyasını tamalamağa yardımçı olur”.

Hobbilərimiz internet üzərində

Hobbilər bizim həyat tərzimizi əks etdirir. İnsanlar yorğun iş rejimindən sonra və ya istirahət günləri sevdikləri işlə məşğul olmaqla həyatlarını daha səmərəli keçirirlər. Amma son zamanlar komputerlərin həyatımıza sürətli girişi və sosial şəbəkələr insanlarda bir növ xəstəlik yaradıb. İndi çoxlarımızın işi komputerdədir. Hətta sevdiyi maşın şəkillərini toplayıb sosial şəbəkədə paylaşan və bunu hobbi hesab edən bir dostum da var. Texnologiyaların hobbilərimizə təsirindən danışan psixoloq internetdən asılılığı hobbilərlə əlaqələndirməyin düzgün olmadığını qeyd edib: “İnternetdən asılılıq hər dəqiqə olan bir prosesdir. Hobbi isə hər dəqiqə olmur. Öz hobbiləri ilə internet üzərində məşğul olmaq isə tamam başqa şeydir. İnsan burda heç bir təmənna gürmür və bundan ləzzət alır”.

Müxtəlif xarakterli insanlar olduğuna görə hobbilər də müxtəlifdir. Görəsən pis hobbi deyilən anlayış nə dərəcədə düzgündür? Psixoloq Dəyanət Rzayev hətta insan orqanı kolleksiya edən insanların bunu hobbi kimi qəbul etdiyini bildirib. O, vurğulayıb ki, belə hobbilər ziyanverici hobbilər adlanır. Hobbilərin insana rahatlıq gətirdiyini nəzərə alsaq zərərverici hobbiləri olan insanların necə rahatlıq tapması sualı da yaranır. Psixoloq bu məsələyə də aydınlıq gətirib: “Pis hobbiləri olan insanlar müəyyən dərəcədə rahatlıq tapır, amma onların rahatlığı bir müddətlik olur. Zərərli hobbilər insanın özündə günah hissi yaradır. Buna görə də bu onlara tam rahatlıq gətirə bilmir”.


Tarix: 27.11.2014 / 12:55 Müəllif: Aziza Baxılıb: 54 Bölmə: Ümumi Psixologiya