beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üzük və xarakter

Əgər barmağa üzük taxılıbsa, bu insanın xarakter və xüsusiyyətlərindən xəbər verə bilər.

Əgər insan hər hansisa barmağa üzük taxirsa, bu ondan xəbər verir ki, həmin şəxs xarakter xüsusiyyətlərini gücləndirmək istəyir, hansi,ki onda həmin xüsusiyyətlər yoxdur.

XIV əsrdən bizə indiyə qədər gəlib çatan bəzi məlumatlara nəzər salaq. O zamanlar adətən həkimlər üzüyü böyük barmağa, tacir və işbazlar isə baş barmağa taxırdılar. Orta barmağa üzük taxanlar kasıb intelligentlikdən xəbər verirdi. Tələbələr üzüyü III barmağa taxırdılar.

IV barmaq isə məhəbbətin rəmzidir. I Georginin dövründə nişan üzükləri ağır olub, baş barmağa taxılırdı.

Bizim günlərdə nişan üzüyü sol əlin III barmağına taxılır, çünki belə qəbul olunur ki, ürəyə gedən bütün damarlar sol əlin III barmağından başlayır. Bu ənənə qədim Misirdən gəlir. Avropanin əskər dövlətlərində qadınlar nişan üzüyünü sağ əlin III barmağına taxırlar. Üzük adətən barmağa yox orta falanqada taxılırdı. Əgər üzük dırnağa yaxın yerə taxılırsa, bu sahibinin kimisə sevmısindən xəbər verirdi.

Əvvəl də qeyd etdiyimiz kimi, belə qəbul olunur ki, üzüyün hansı barmağa taxılması insanın xaraker və xüsusiyyetlərindən xəbər verir.

I barmağa taxılan üzük, hökmranliği bildirir.

Orta barmağa taxılan üzük sahibinin soyuq bir insan olduğundan xəbər verir. Həm də qeyd olunur ki, belə insanların özlərinə inamı az olur, ürəklərini kiməsə çox çətinliklə aça bilirlər. Əksər insanlar III barmağa üzük taxırlar. Belə insanlar cəmiyyət içində olmagı, ünsiyyəti sevir və təkliyi heç xoşlamırlar. Adətən III barmağa taxılan üzük sahibinin evli olub-olmadığından xəbər verir.

Kiçik barmağa taxılan üzük sahibi haqqında çox məlumat verə bilər. Belə ki kiçik barmağa üzüyü adətən frankomasonlar taxırdı.


Elə üzüklər olurdu ki, qapaqli olurdu və onlarin içində tilsimli və ya hər hansi bir sektaya və cəmiyyətə aid gizli işarələr və ya zəhərlər gizlədilirdi. XIX əsrdə qadınların kiçik barmağa üzük taxması onların qadın hüquqlarının müdafiəsi uğrunda mübarizə apardığından və yenilməz xarakterli olduğundan xəbər verirdi. Belə qadınların portretlərində də kiçik barmağa taxılan üzük mütləq göstərilirdi.


Tarix: 27.11.2014 / 12:54 Müəllif: Aziza Baxılıb: 90 Bölmə: Ümumi Psixologiya