Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həyatı Sevin

Sevgi var.
Onu var edən də bizik.
Bəzi xəbərlərdə bəzilərimiz "sevgi yoxdur" deyirik.
Amma sevgi var,olub,olacaq da...
Hər kəs sevib,yaşından asılı olmayaraq və hər kəs sevgi barədə yaralanıb.
Kiminin yarası sağalıb,kiminin ki,hələ də qanayır.
Əslində bilmirik ki,o yaraları sağaldan da biz olmalıyıq.
Çünki bizik sağalmasını istəyən və ya istəməyən.
Sevgidən yaralanan "sevgi yoxdur","həyat mənasızdır"deyir.
Bu sözlərlə heç də razı deyiləm.
Görəsən bunu deyən heç sevməyibmi?
Sevib,bəs sevəndə niyə demirdi?
Çünki görürdü sevgini.
İndi də ətrafına baxsın,sevənləri,sevilənləri,sevginin var olduğunu görsün.
Açsın gözlərini,axı həyat davam edir.
Boş-boş yaşamasın,sevsin,hər kəsi,həyatı sevsin ki,ürəyi sevgi görsün,yumşalsın yenə.
Bunu oxuyan bəlkə də elə fikirləşəcək ki,mən sevirəm,yaralanmamışam,heç ayrılmamışam ona görə belə sözlər deyə bilirəm.
Yox,mən sevmirəm,yaralanmışam,sevərkən ayrılmışam,bir insanın yaşaya biləcəyi ən çətin günləri yaşamışam.
Sevgi görmüşəm ardından ayrılıq,dost görmüşəm ardından xəyanət,incinmişəm,tək qalmışam,səhərimi gözyaşlarımla açmışam,hər şeydən qaçmışam,susmuşam,hər şeyi ürəyimdə saxlamışam,amma bunlarla ancaq özümə ziyan etdiyimi görmüşəm.
Bütün mənə edilənlərin acığına,pislərin acığına həyatda məna axtarmağa başlamışam və tapmışam.
Çünki zəif olmamalısan həyata qarşı,onda itərsən içində,çünki yaşamağa bir səbəbin olmalıdır...
Ya sən həyatı idarə etməlisən,ya da həyat səni.
Və mən zəif deyiləm,qalib gəldim,həyatı əlimə keçirtdim.
İndi hər günümə Şükür edirəm və Şükür etdikcə güclənirəm.
Gücümü nifrətə,kinə sərf etmirəm.
Heç kəsə nifrət etmirəm,kin bəsləmirəm.
Çünki kim nə edirsə,özünə edir.
Heç kəsi etdiyinə görə sorğuya çəkmirəm.
Həmin "insanları" bir Allaha tapşırıram.
Vicdanları ilə baş-başa qoyuram.
Həyatın mənasını da elə bunda tapmışam.
Həyatın idarə etdikləri,onun əlində oyuncaq olanlar isə zəif olanlardır.
İnsan ürəkdən istədiyi hər şeyi əldə edə bilər.
Həyatda məna var,gizli bir məna,böyük bir məna sadəcə onu tapmaq lazımdır,ümid lazımdır,güc lazımdır...
Yazıq o insana ki,həyatdan əlini üzüb,səbəbsiz yaşayır,boş yaşayır çox yazıq...

HƏYAT ONU SEVƏNLƏRİNDİR. HƏYATI SEVİN!


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 86 Bölmə: Sevgi varmı?
loading...