Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BU GUNUM..

Həyat deyilən bu tapmacada önünü görmək üçün
yandırdığım kiçik bir şam vardı illər boyu.
Onu söndürmək üçün küləklər əsdi, yağışlar yağdı,
amma dirəndim o kiçik işıq itməsin,
o azca istilik bitməsin deyə. Özümü aldatdığımı
düşündüm bəzən, bir zaman bu az
işığımla kifayətlənmək belə xoşbəxt etdi məni.
Sənə rast gələnə qədər........
Möhtəşəm bir parlaq işıq gördüm birdən
həyatımda.. Elə güclü,
elə isti idi gözüm ondan başqasını görmədi, görə
bilmədi və bəlkə də görmək istəmədi.. İŞIĞIM..
Əvvəl pıçıldadım ona hiss etdiklərimi. Sonra
qışqırdım, tuta bilmədən özümü.
Sevəni sevmək çətin deyil. O da məni sevdi..
Bilirəm, sevdi. Hər söylədiyi ürəyindən idi.
Bəlkə yalnız o an üçün danışırdı amma ürəyindən
idi söylədikləri.
Bilirəm, bir şey vardı izah etmədiyi. Bəlkə zamanı
deyildi izah etmənin, bəlkə də izah etməyəcəkdi
heç.
Amma vardı gizli bir şey…Amma mən tək onu
gizlətdim, könlümün baş tərəfində. GİZLƏTDİYİM..
Bir yerini vuranda canı yanar insanın, hətta
keçməsi zaman istər bəzən.
Bəs insanın ruhundaki yaralar. Onlar necə
bağlanır, keçir?
Halbuki ruhumda onunla daşıdığım ancaq sevgi
yaraları var..
Keçməsini istəmədiyim….RUHUM..
Hər ağladığımda yanaqlarımdan süzülən nədir?
Dadı çox tanışdı.
Anladım hər ağlayış sənə bir az daha yaxın olmaq
demək. GÖZYAŞIM...
Yaşatdığın eşq şeir kimi. Külək sənsən saçlarımı
oxşayan, yağışsan xoşbəxtliklə isladan.
Eşqim üçün əlimdən gələni edirəm həm də heç
qorxmadan. Şanslıyam bilirəm. ŞANSIMSAN.
Səni mənə xatırlatmayan bir şey yoxdu. Qaçacaq
yerimdə yox.
Hər şey sənin üçün. Bütün sevgim sənə. Soldan
get eyni, sağdan dön yenə sən.
Bütün yollar sənə Gətirir. Nə xoşbəxt mənə.
YOLUM..
Sənin sevgin qiymətsiz bir tac başımda. Sənə layiq
yaşamaq vəzifəm. QÜRURUM..
Sən xaric hər şeyə vidalaşmaq mümkün. SONUM..
Ürəyin olmaq istəyirəm.. Mən durunca sən, sən
durunca mən olmayan. ÜRƏYİM..
Sənə çata bilmək üçün ağrılar çəkdiyim. Tutsan
əlimi hər ağrı bitəcək bilirsən.
Bilirsən, heç bir ağrı eşqi yox edə bilməz. Hər şeyin
həlli səndə bilirsən. DƏRMANIM..
Sevginlə dolu bu ürəyim səninlə olsun hər yerdə.
Səninlə gülüb səninlə ağlayım bu həyatda. Yalnız
İSTƏDİYİM..
Nə dünəndən qalan bir peşmanlığım var, nə də
sabahdan gözlədiyim.
Tək var olan sənsən, dünəndə qalmayan, sabahımı
sənin bildiyin, tək sən varsan BU GÜNÜM...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 140 Bölmə: Sevgi varmı?
loading...