Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

**BeZi_aNLaR_VaR_Kiii**

Üzərində ən yaxşı geyimi
olduğu halda qonaq otağına
sürətlə girdi. O gecə bir
yığıncağı vardı və hazırlanmağa
çalışırdı. Hazırlıqlarını sürətlə
davam etdirərkən gözü dörd
yaşındakı qızına ilişdi. Qızı,
radiodakı musiqinin ritminə
uyğunlaşan rəqs edirdi.
Gecikdiyi üçün tələsik edirdi.
Lakin içindən gələn bir səsə
uyğun gələrək qızını seyr
etməyə başladı. Sonra ona
yoldaşlıq etməyə başladı. Qızının
əlindən tutub onunla birlikdə
rəqs edirdi. Yeddi yaşındakı
qızının qrupa qatılmasıyla
böyük bir coşğu başladı. Üçü
birdən yemək otağında dəli kimi
rəqs etdilər. Radiodakı mahnı bir
anda bitdi; təbii rəqs də...
İkisinin də yanaqlarından kiçik
bir öpüş alıb onları hamama
göndərdi. Kiçik qızlar
nərdivanları təngnəfəs çıxdılar.
Anaları səslərini eşidə bilirdi.
Əyilib iş çantasına dəftərləri
yerləşdirərkən, kiçik qızın
bacısına, "Ən yaxşı ana bizim
anamız, deyilmi?"-dediyini
eşitdi. Qadın birdən dondu
qaldı... Özünü həyatın qaçdı-
qovdusuna qapdırıb, o gözəl anı
qaçırmaq üzrə olduğu üçün
günahlandırdı. Ofisinin
divarlarını bəzəyən mükafatları,
diplomları gəldi ağlına. Əldə
etdiyi heç bir müvəffəqiyyət,
heç bir mükafat bunun yerini
tuta bilməzdi: "Ən yaxşı ana
bizim anamız, deyilmi?" Bəzi
anlar var ki, həyatda o anlar
yaşanmalıdır, əsla təxirə
salınmamalıdır...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 79 Bölmə: Sevgi varmı?
loading...