Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Virtual Roman..

1-ci gün.

Tanışlıq.
Oğlan: salam
Qız: salam
Oğlan: Necəsən
Qız: Belədə cox sagol sən necəsən?
Oglan: məndə yaxşı.
Qiz: Bəxtiyar
Oglan: hə…
Qiz: heç
Oglan: de görüm ne olub axı?
Qiz: nə bilim darıxıram. danış da…
Oglan: hə...nədən danışım?
Qiz: Nə bilim.Bax məsələn... Niyə axı sənin
statusun həmişə üzgündür?
Oğlan: Bilirsən? Mən 1 qızı sevirəm. O çox gözəldir.
Amma mən onun haqda heç nə bilmirəm. Hətta
adını da bilmirəm. Sadəcə o məndən 1 mərtəbə
aşağıda qalır. Özüdə deyəsən tək. Amma çox
gözəldir və deyəsən mənim varlığım və yoxluğum
onun heç ruhunuda incitmir. Nəisə...öz
problemlərimlə səni yormayım.
Qız: Yox danış nə yormaq? Maraqlıdır danış.
Oğlan: Nəyi maraqlıdır? Biz ki hələ cəmi 40
dəqiqədir ki tanışıq. Həm də virtual.
Qız: Hərdən virtual tanışlıq realdan daha yaxın
olur. Hərdən də elə olur ki ilk dəfə salam verib
tanıdığın 1i səni daha yaxşı anlaya bilir. Mənim
üçün bu hərdən daha 1 ömürdür. Yaxşı mən daha
çıxım yuxum gəlir. Sağ ol.
Oğlan: Sag ol…

2-ci gün

Oğlan: Salam
Qız: Salam necəsən?
Oğlan: Yaxşı. Sən necəsən?Necə yatmısan?
Qız: Mən belədə gec yatmışam. İndi də başım
ağrayır. Gözlə dərman içib gəlirəm.
Oğlan: ok…gözləyirəm.
Qız: Hə...gəldim. İndi de görüm sən necə
yatmısan? Əhvalın necədir?
Oğlan: Məndə yaxşı. Əla yatmışam.
Qız: Lap yaxşı.
Oğlan: Özün haqda danışda....
Qız: Nə danışım?
Oğlan: Nə bilim. Məsələn mənim repdən xoşum
gəlir. İdman stilində geyinirəm. Futbolnan
məşğulam. İtləri sevirəm. Bəs sən?
Qız: hmm...Mən daha çox klas geyinirəm və daha
çox rok dinləyirəm.
Oğlan: hə....Deməli belə-belə işler...
Qız: Yaxşı Bəxtiyar. Çıxım. Gedim yuxum gəlir.
Sonra yenə danışarıq.Sənlə danışmaq xoşdur.
Oğlan: Mənə də sənlə danışmaq xoşdur. Gecən
xeyrə.

3-cü gün

Qız: Salam Bəxtiyar.
Oğlan: Ooo salam. Necəsən? Nə var nə yox? Nə
yaxşı gəldin? Darıxırdım burda tək.
Qız: Çox sağol canım. Mən yaxşı. Hə mən də
darıxırdım. Sən necəsən?
Oğlan: Mən belə də sıxılıram. Bilirsən mən heç
sənin adınıda bilmirəm e…
Qız: Adım Elina.
Oğlan: Hmm çox qəşəng adın var. Bəs niyə
gizlədirdin ki?
Qız: Gizlətmirdim e. Sadəcə nə
bilim....Deməmişdim. Bunada öz səbəblərim var.
Özüdə az deyil. Virtualda insanı tez tanımaq olmur.
Oğlan: hə onu düz deyirsən.Elə həyatda da
insanlar çox maskalanırlar. Amma gec yada tez hər
kəs öz maskalarını itirir.
Qız: hə canım.Maskalar sifətlər insanlar.
Oğlan: Qulaq as. Mənə şəklini göndərə bilərsən?
Sən mənə çox maraqlı gəlirsən. Sadəcə səni
görmək istəyirəm.
Qız: Hmm yaxşı bilmirəm niyə. Amma mən sənə
inanıram.ok qəbul elə.
Fayl qəbul olundu. Bəxtiyar faylı açdı və şəkilə klik
etdi. Şəkil açıldı və budur... Onun 1 neçə müddətdir
sevdiyi o qonşu qızının şəkli idi. O heyrət içində
donub qalmışdı. Heçnə edə bilmirdi. Nə danışa nə
yaza. Nəsə etməyə çalışmırdı da. O sadəcə indicə
öyrəndiyi həqiqətdən şoka düşmüşdü.
Qız: hmm Bəxtiyar?Sən ordasan?
Bəxtiyar isə hələ şokdan yeni-yeni özünə gəlmişdi.
O gözlərini şəkildən ayıra bilmirdi. Sarı qəhvəyi
saçlar yaşıl parıldayan gözlər nazik dodaqlar enli
kirpiklər.
Bəxtiyar: Hə burdayam.
Nədənsə yalan danışdı.
Bəxtiyar: Çayı üstümə dağıtmışdım.köynəyimi
dəyişirdim.Sən sən çox gözəlsən.
Qız: e…yaxşı yalan demə.nəyim gözeldir?indi sən
göndər öz şəklini.
Bəxtiyar susdu. Biraz fikirləşdi. Düzdür, o qonşusu
Bəxtiyara heç fikir verməmişdi. Amma əgər
görübsə tanıyırsa üzdən Bəxtiyar nədənsə çəkindi
və yenə də yalan dedi.
Bəxtiyar: Mənim kompyüterim format olub e... ona
göre şəkillərim silinib. Başqa vaxtı söz verirəm
göndərərəm.
Qız: hmm... ok. Bəxtiyar nə vaxt olsa göndərərsən.
Bilirsən? Mən sənin şəklini görməmişəm amma
sənə çox bağlanmışam... Mənim həyatda heç
kimim yoxdur. Ona görədə burdakılarla yaxınam.
Amma axır vaxtlar ancaq sənsən. Nədənsə səni
çox istəməyə başlamışam.
Bəxtiyar: hmm bilmirəm nə deyim zaman Elina.
Mən sənə indi heç bir söz deyə bilmərəm. Çünki
indi başım ağrayır.
Qız: Yaxşı, Bəxtiyar mən çıxım gedim yatım. Sağol,
canım.
Bəxtiyar: Sağol, Elina gecən xeyrə. Şirin yuxular.

4-cü gün.

Həqiqət ağrısı.
Qız: Salam canım.
Bəxtiyar: Salam xoş gəldin necəsən?
Qız: Sağol yaxşıyamş Sən necəsən?
Oğlan: Mən əla.
Qız: Nə əcəb əla?
Bəxtiyar nə deyəcəyini fikirləşdi… axı əsl həqiqəti
ona açıb deyə bilməzdi. Deyə bilməzdi ki 1 ildi
realda sevdiyi qız virtualda ona bu qədər yaxındır.
Yenə də yalan dedi.
Oğlan: Nə bilim daha başım ağrımır. Həm də ki
daha sən varsan.
Qız: Nə mən? Harda mən varam?
Oğlan: Hələ dəqiq aydınlaşdırmamışam. Amma
hələ ki ən azından mənimlə bax virtualdasan. Mən
buna çox sevinirəm.
Qız: Hmm çox sağol.
13 dəqiqəlik süküt.
Oğlan: Niyə susursan Elina?
Qız: Nə bilim. Bezmişəm.
Oğlan: Nədən? Kimdən? Danış görüm nə olub axı?
Qız: Hər kəsdən hər şeydən insanlardan bütün
cəmiyyətdən. İnsanlar elə laqeydləşiblər ki bir-
birlərinə. Elə vəhşiləşiblər ki çöl heyvanları
onların yanında heç nədir. O gün metroda 1 nəfər
gördüm. 4 nəfər birləşib döyürdü onu dib tərəfdə.
Amma heç birisi kömək etmədi hamısı vəhşidir...
İnsanlardan bezmişəm. Hamısı yalançıdır.
Bezmişəm. Hər gün 1 yerdə müharibə başlayır. Hər
gün minlərlə körpə öldürülür. Nə vaxt olacaq
bütün dünyada sülh? Nə vaxt bitəcək qırğınlar
müharibələr qətllər yalanlar aldatmalar?
Oğlan: Bilmirəm Elina. Amma heçnə əbədi deyil.
Hər şeyin 1 sonu var və dözmək lazımdır. Mübarizə
aparmaq lazımdır.
Qız: Hə...mübarizə. Onsuz da ondan başqa nə
verirlər ki bizə. Yaxşı mən gedim yatım. Yorğunam.
Gecən xeyrə....
Oğlan: Xeyrə qarşı. Şirin yuxular bidənəm.

5-ci gün.


Narahatlıq.
Qız: Salam. Burdasan? uff hardasan e... Sən yoxsan
bura elə darıxdırıcıdır ki. Sənə elə bağlandım ki bu
4 gündə. Deyəsən gəlməyəcəksən. Yaxşı mən
çıxdım. Öpürəm səni sağol.

6-cı gün.

Tənhalıq.
Qız: Salam. Nə olub axı sənə? Heç olmasa arada
girəndə cavab yazda. Bəxtiyar sən yaxşısan? Heç
olmasa yaz ki yaxşıyam. Narahat oluram axı..uf...
nəisə. Getdim sağol.

7-ci gün.

Üsyan.
Qız: Salam bircə demə ki yoxsan burda... ey mən
darıxıram axı... Aydındır səndə belə etdin... Sən də
məni tərk etdin hamı kimi. Mən isə sənə
inanmışdım. Özümdən çox inanmışdım. Səndə bu
cəmiyyət tək əclaf çıxdın. Əclaf... nəisə daha səni
narahat etməyəcəm. Bu gündən sonra daha heç
kimi narahat etməyəcəm. Nə də kimsə məni. Mən
daha bezmişəm. ƏLVİDA...

Gecə saat 04:50...
16 mərtəbəli binanın damı güclü
külək. Dizlərini qucaqlayıb damın ən kənarında
oturmuş Elina... göz yaşlarında boğulan yam-yaşıl
firuzə tək gözlər. Elina indi kimsəsiz uçurumun
kənarındadır ki indi bircə addım və o artiıq bu
həyatla vidalaşa bilər. Sonsuz dərəcədə nifrət
bəslədiyi bu həyat. İnsanları dövlətləri
hökumətləri təbiətləri vəhşi insanlar həm də çox
vəhşi. Onunsa düşüncələrində indi ən son
Bəxtiyarın nifrəti dolaşır. Elina ayağa durdu, addım
atmaq istəyirdi. Amma birdən sağda oturan bir
oğlan gördü. O da nədənsə ağlayırdı. Elina ömrü
boyu bir oğlanın belə ağladığını görməmişdi. O
özünü öldürmək istəyirdi. Amma Elinaya maraq və
insanlıq hissi güc gəldi. O oğlana yaxınlaşdı.
Qız: ey..niyə ağlayırsan?
Oğlan: Mənim dostum ölüb…
Qız: Bəs necə olub? Nə olub ona?
Oğlan: O intihar elədi 3 gün əvvəl. Özünü bax
burdan mən dayandığım yerdən atdı. Mən isə ona
kömək edə bilmədim. İstədim çox istədim
qoymayım bunu eləməyə. Amma çata bilmədim. O
quş tək sanki qanad vurub uçmaq istəyirdi.
Elina: Bəs axı niyə? Niyə intihar?
Elinanın təəccübdən gözləri iriləmişdi. O dəhşət
içində idi.
Oğlan: O bir qızı sevirdi. O qız da bu binadan idi.
15-ci mərtəbədə qalırdı və o qızla təsadüfən
internetdə tanış olmuşdu. Sadəcə sonda anladı ki
o qız heç vaxt onun olmayacaq. Bəxtiyar özünü
öldürdü. 3 gün qabaq. Bax elə həmin bu yerdən.
Mənəsə son sözləri...onu qoru. Sevdiyi qızın
yaşaması onun son arzusu idi. Mənsə o qızı heç
tanımıram da. Dostumun son arzusunu da yerinə
yetirə bilməyəcəm. O bu sevginin mümkünsüz
olduğunu bilirdi və ona gorə də getdi. Əlvida belə
demədən. O sevdiyinin xoşbəxt olmasını
yaşamasını istəyirdi. Başa düşürsən? Əlvida belə
demədən. Nəyə görə? Təkcə o qızın yaşaması üçün
xoşbəxtliyi üçün.
Oğlan daha da bərk hönkürtü ilə ağlamağa başladı.
Elina dəhşət içində bütün olanlara qulaq asdı. O
artıq hər şeyi anlamışdı. Onun Bəxtiyarı özünü
öldürmüşdü. Elina oğlanı qucaqladı. Bir müddət
susaraq onunla birlikdə ağladı. Sonra onu ayağa
qaldırdı və gözlərinə baxıb dedi.
Qız: Sən dostunun artıq son arzusunu yerinə
yetirdin...o kimsəsiz qız artıq yaşayacaq. O
Bextiyarın son arzusunu yerinə yetirəcək. Nə
olursa olsun bu cəmiyyətlə mübarizə aparacaq.
Elina yavaş-yavaş geriyə döndü göz yaşlarını əlləri
ilə silərək evə getdi.
Artıq günəş çıxır üfiq çox gözəldir. Damın başında
indi yalnız Kənan qalıb. O Kənan hansı ki real
həyatda Elinanı təmənnasız sevir. O Kənan hansı
ki virtualda Elinanı tapmışdı və Bəxtiyar personajı
quraraq onunla ünsiyyət qurmuşdu. Amma Kənan
bilirdi ki bu sevgi mümkün deyil. O xoşbəxtlik yox
ancaq bədbəxtlik gətirəcək. Buna görə də o növbəti
yalanını demişdi. Elina yaşasın deyə və yenə də
Kənan hər gün olduğu kimi günəşi qarşılayırdı və
yenədə tək. Bir virtual romanı da beləcə
səhifələrini rəngləyib vidalaşdı.

Sevgi hər yerdə mümkündür. Real və ya virtual.
Fərqi yoxdur. Sadəcə əsl sevgi var və sevgi üçün
bəzən tərk etmək öz sevgindən əl çəkmək yalanlar
uydurmaq var..


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 389 Bölmə: Sevgi varmı?
loading...