Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Darixmaq Nedir..

Darıxmaq - sevməkdir ilk öncə...
Cünki sevməzsənsə darıxmazsan ki dəlicəsinə...
Darıxmaq - ağlamaqdır...
Axan hər gözyaşında xatirələri yada salmaqdır...
Darıxmaq - uzaqlara getməkdir xəyallarında...
Cox uzaqlara...
Darıxmaq - ümid etməkdir..
Xəyal etmək bacarmağın yarısıdır kimi...
Darıxmaq - saxlamaqdır...
Bəzən yalnızlığından, bəzən isə ətrafındakı
gərəksiz qələbəlikdən...
Darıxmaq - qışqırmaqdır...
Səsin çıxmayana qədər darıxdım deyə
qışqırmaqdır...
Darıxmaq - hirslənməkdir...
Bəzən darıxmağına səbəb olanlara, bəzən isə
qədərə çarəsizcə...
Darıxmaq - yanılmaqdır
Gecə yarısı qalxdığında hərşeyin bir röya olduğunu
anladığında...
Darıxmaq - səbr etməkdir...
Heç yorulmadan şəfəqi müşahidə etməkdir...
İlləri, ayları, həftələri, günləri, saatları, dəqiqələri
hətta saniyələri qovmaqdır...
Darıxmaq - yaşamaqdır...
Yalnızlığa inad mübarizə aparmaqdır...
Darıxmaq - qovuşmaqdır...
Bir daha ayrılmayacağına inanaraq... Xəyal belə
olsa...
Bəs sizin üçün darıxmaq nədir?


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 61 Bölmə: Sevgi varmı?
loading...