Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İki Damla Göz Yaşı

Getdin nə deyim elə bunu umurdum buz kimi soyuq gözlərindən.

İki damla göz yaşı

Nə bir ümüd nə bir təsəlli.
Heç nəyə gümanım qalmadı.
Nə dəki ömür boyu qulaqlarımda səslənəcək son söz demədin.
Eləcə çıxdın getdin.
Aradan günlər aylar keçdi.

Sən uzaq itirib axtarmadın, xatırlamadın belə,
Mən isə unuda bilmədim, istəsəm belə.
Qaranlıq gecələrin əzabına,
Tənha gündüzlərin zülümünə dözdüm.
Nə boynu bükük xatirələr,
Nə üzü dönük arzular,
Nədə ki, şəkillərin məni ovuda bilmədi.
Gümanım tək bir şeyə,
İKİCƏ DAMLA GÖZ YAŞINA QALDI.

Aglasam bilirəm rahatlaşacam.
O göz yaşı gözümdən yox ürəyimdən axan qana qarışıb,
Ürəyimdən axacaq.
Hər şey yaxşı olacaq.
Unudacam bilirəm..

Ancaq ağlamıram çünkü o ikicə damla göz yaşı SƏNDƏN MƏNƏ yadigardır


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 45 Bölmə: Sevgi varmı?
loading...