Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevirəmsə?

İlk duyduğum Sən
Çox şirin bir röya kimisən.Hər halınla özəlsən...Səni tanımaq istəyirəm,amma çox uzaqsan.Əlimi uzatsam boş qalacaq.Aşkmısın,Sevdamısın,Dostmusun,ya heç biri deyilsən,amma ruhumdasan,amma hər an ağlımdasan.

İlk gördüyüm Sən
Bir payız gecəsi idi,rəsmini gördüm.İlk dəfə gördüyüm birini dahada yaxından tanımağa çalışdım.Amma yenidən əlimi uzatdığımda boş qaldı...Oxuduğum ilk yazıların.Və bunun nəticəsində heç görmədiyim birindən nifrət etdim onu sevdiyin üçün.

İlk tanıdığım Sən
İçimdə bir boşluq vardı.Həyatdan aldığım şeylər bir ümidsizlik çizmişkən qəlbimə önümə sən çıxdın.Dostluğunu üstün bildim mümkünsüz sevdadan.Artıq sən vardın.Bir sevinc vardı içimdə.Xoş gəldin söylədim.

İlk yaşadığım Sən
Mən və mənim düşüncəmdəki sən... Uzaq idim qayğılardan. Qayğının gözəlliyini, əzizliyini xatırladırsan mənə. Xəbərsizsən danışıqlarımızda gözlərimin işıltısından, üzümün gülümsəyişindən və bunu ətrafıma hiss elətdirişimdən. Hardan biləsən ki, səni nə qədər çox istədiyimi.

İlk xəyalımdakı Sən
Sən yatmısan indi yatağında bu cümlələrdən xəbərsiz şəkildə... balaca sevimli uşaq kimisən. SİMAn gözümün önündədi. Bir nəfəs qədər yaxınındayam. Toxunmaq istəmirəm, bu şirinliyini pozmaq istəmirəm. Oyansan seyrim dağılacaq... bəlkə mən yuxudayam, oyanan mən olacam.. nə bilim. Dağınıqdır , bulanıqdır indi beynim. Çox böyükdür sənə sevgim.

İlk gözlədiyim Sən
Yaşayacağımız günlərin gözəlliyinə inanaraq səni gözləyirəm.Günlərin daha tez keçməsini istəyərək , sənin "GƏLİRƏM" xəbərini duymaq ümidi ilə hər səhər oyanıram. Yaşayıb yaşanacaq ən qəşəng günlər olacağını bilirəm , əminəm.
Olmazmı?...Ola bilir...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 109 Bölmə: Sevgi varmı?
loading...