Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seninle Oyrendim...

Sevgi nə idi bilmirdim.Səninlə öyrəndim. Nə olur
olsun əllərindən bərk tutmağı öyrəndim. Kim nə
deyirsə desin heç buraxmamağı öyrəndim. Ən
ehtiyacın olduğu anda yanında ilk özümü görməyi
öyrəndim...

Mən sevməyi səninlə öyrəndim. Nə verirsənsə
ver,qarşılıq gözləməyəcəksən. Əgər sevirsənsə,niyə
mən? Deməyəcəksən. Nəsə istəyirsənsə,açıqca
istəyirəm,deyəcəksən. Hər zaman dürüst
olacaqsan. O qaçırsa,arxasınca qaçmaq yerinə
onun gəlməsini gözləyəcəksən...

Darıxmaq nə idi bilmirdim sənsiz olduğum gecələr
öyrətdi.Baharda çiçək açmağa çalışdım amma qış
gəldi soyuq hava kimi dondum.Payızda pəncərəmə
düşən damlalar kimi parçalandım... Yayda isinməyə
çalışdım. Amma nəfəs aldığım hər saniyə mən
sadəcə səni istədim! Sadəcə sənin üçün darıxdım!

Aynaya baxdığımda güzgüdə səni görməyi
öyrəndim. Ən ehtiyacım olan anda nəfəsinlə
isinməyi istədim. Bizə aid olan hər şeyi ən başda
tutmağı öyrəndim. Sevməyə dair nə varsa, mən
bunları SƏNİNLƏ öyrəndim....


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 64 Bölmə: Sevgi varmı?
loading...