Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SEVGI YOXDUR?

Son zamanlar Sevgi yoxdur kəlməsi bir çox
gənclərin dillərinə düşüb. Radio verlişlərində
smslə yazan dinləyicilər verlişə yazır ki, ay gənclər
inanmayın sevgi yoxdur, internet saytlarındada
sevgi movzusu olan xəbərlərdə bir çox
istifadəçilər yazır ki, sevgi boş şeydir, sevgi
yoxdur.. Sevgi heç nədir.. Niyə görəsən bu ifadə
artıb və artmaqda davam edir görəsən?. Sevgi
yoxdur ifadəsini işlədən gənclər məntiqlə
düşünrlərmi bu ifadəni işlədəndə? Əgər bir anlıq
düşünsək ki sevgi yoxdur onda hamının qəlbi
gərək soyuq olardın, mərhəmət olmazdı, hamı bir
birinə nifrət edərdi, heç kəs hörmət eləməzdi bir
birinə. Axı belə deyil və belə ola bilməz!! Nə
əsasla deyilir bir çox insanlar tərəfindən sevgi
yoxdur ifadəsi görəsən. Sevgi yoxdur deyən
insana deyəndəki əgər Sevgi yoxdursa onda
Valideyinlerini, bacını, qardaşını, bütün yaxınlarını,
qohumlarını, dostlarını sevmirsən? Istəmirsən? O
saat həmən insan deyir: Sevirəm əlbbətdə.
Yenidən soruşandakı onda sevgi yoxdur deyir yox
yoxdur sevgi.. Sonradaki deyirki yox e sevgi var
yaxınlarıma qarşı, amma sevgi yoxdur hansısa
qıza qarşı, çünki sevgi heçnədir..
Elə insanlarda varki birini həddindən artıq çox
sevib amma ki, ayrılıb başlayır deməyəki sevgi
yoxdur inanmayın.. Axı Sevgi var!! Əgər sevgi
olmasaydı sən heç kəsi sevməzdin nə
valideyinlərini nə dostlarını nədəki qohumlarını.
Sevgi var, sevgidir qəlbi yaşadan, sən yaşayırsansa
deməli sevgi var. Sevgi yaradır qəblərdə
mərhəmət. Küçədə gəzən əlili, dilənçini görəndə
gözlərin dolur pis olursan bir azcada olsa deməli
ürəyin var qəlbində sevgi var! Küçədə keçən
hansısa qıza ilk baxışdan vurulursan yadaki
tanıdığın bir qızı sevirsən lakin qarşılığsız olur o
halda deyirsən sevgi yoxdur axı var sevmisən və
sevirsən.. Güllərə çiçəklərə su verirsən bağda və
ya evdə.. Əgər çiçəkləri sevməsəydin çiçəklərə
su verərdin?. Yəginki yox.. SEVGİ VAR VƏ
HƏMİŞƏ OLACAQDIR!


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 52 Bölmə: Sevgi varmı?
loading...