Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tewekkur..

Əli bəy, bazardakı bir kafeyə oturdu. Yanına gülər üzlü
qarson yaxınlaşdı..
"Buyurun cənab" dedi. Əli bəy qarsonun sualını
cavablandırmadı cibindən bir qələm bir kağız çıxardı.
Kağıza "Mən bir dilim tort və bir limonad istəyirəm
qızım" yazdı.Qızım mən nə eşidirəm nə də danışa
bilirəm deyə əlavə etmişdi sifarişinin sonuna. Gənc qız
vəziyyəti anladı və kağıza "Yaxşı cənab" yazdı.
Əli bəy altmış yaşlarda, həyat yoldaşını itirmiş çox varlı
biri idi. Xaricindən onun zəngin olduğuna dair heç bir
əlamət yox idi.
Gənc qız bir az sonra sifarişi gətirdi. Üzü gülər şəkildə
sifarişini masaya qoydu. Masadakı kağıza " Nuş olsun
cənab" yazdı və digər sifarişlərə yetişmək üçün tələsik
qaçdı. Kafenin xeyli müştərisi vardı. Günorta dolub
daşıyırdı. Kafe sahibi yaxşı qazanırdı.
Əli bəy yeməyini bitirdi gənc qıza əl edərək
hesabı istədi. Gənc qız gülər üzü ilə Əli
bəyin yanına gəldi. Ora-bura qacmaqdan
qan tər içində qalmışdı. Əli bəy hesabını
ödədikdən sonra kağıza "Təşəkkür edirəm
qızım" yazdı. Gənc qızda " mən təşəkkür
edirəm cənab" yazdı..
Əli bəy insan sərrafı idi. Sərvətini insani
xüsusiyyətləri ilə qazanmışdı. Hər şeyi dili
ilə yəni danışması ilə qazanmışdı. Əli bəy
həyatda hər şeyə doymuşdu. Bir neçə
nəsilinə çatacaq pulu vardı. Amma bir şeyə
doya bilməmişdi. İnsana , yaxşı insanlara
həmişə həsrət duyardı. Gözəl insan
gördüyündə özünü çox şanslı və xoşbəxt
hiss edirdi. Əslində Əli bəy nə kar idi nə də
dilsiz idi. Bir məqsədi vardı və bu rolu
oynayırdı.
Sabahısı gün yenə kafeyə gəlib masaya
oturdu. Gənc qız gülərək yaxınlaşdı, Əli bəy
yenə sifarişini yazdı.." Bir dilim tort bir
limonad" Gənc qız qaçdı gətirdi. Əli bəy
gənc qızın münasibətindən məmnun
qalmışdı. Hesabı ödədikdən sonra gənc qıza
xeyli bir bəxşiş verdi. Gənc qız qələmi
götürdü və kağıza " Təşəkkür edirəm
cənab" yazdı.
Əli Bəy bu munasibət səbəbiylə buranın
daimi müştərisi olmuşdu. Hər gün
yeməyini yeyər gənc qıza təşəkkür edər
bəzən bəxşiş qoyar gedərdi. Gənc qız da
hər səfərində bezmədən "təşəkkür edirəm"
yazar Əli bəyi yola salardı.
Kafe sahibi bir gün gənc qızı yanına çağırıb
danladı.. Bu səfillə çox zaman itirirsən,
işimiz çoxdu. "Soruşmadan bu səfilin limonadını və
tortunu ver gəl " dedi. Əli bəy bunları eşidirdi. Ancaq
fikir vermirdi. Gənc qız soruşmadan tort və limonadı
götürüb gətirdi. Əli bəy bu səfər kağıza " mən çay
istəyirəm qızım" yazdı. Gənc qız pərt olmuş bir tərzdə "
üzr istəyirəm cənab mənim səhvimdi" dedi.
Əli bəy gənc qızın mehriban münasibətinə görə bura
gəlirdi. Gənc qızın ona qarşı göstərdiyi nəzakət onu
ovsunlamışdı. Bu vəziyyətdən məmnun olmayan kafe
sahibi idi və bu yazışma onu çox hirsləndirirdi. Ona
görə zaman itkisindən başqa bir şey deyildi. Kafe sahibi
gənc qızı belə bir mübahisə səbəbi ilə işdən qovdu.
Əli bəy gənc qızın qovulmasına görə kafeyə bir daha
getmədi. Onu kafeyə çəkən nə tortun etmənin nədə
limonadın ləzzəti idi. Əli bəy gənc qızın hər səfərində
bezmədən " Təşəkkür edirəm" yazmasına vurulmuşdu.
Gənc qızı işdən azad etdikdən sonra kafe sahibinin
müştəriləri gedərək azaldı. Necə azalmasan; bura
müştəriləri çəkən şey əslində gənc qızın gülər üzü və xoş
münasibəti idi. Sonunda kafeni əldən çıxarmaqdan
başqa çarəsi qalmadı. Əli bəy buranı alıb işlətməsi üçün
gənc qıza təklif etdi. Gənc qız sevinclə qəbul etdi. Gənc
qız çox xoşbəxt idi amma bir o qədər də çaşqın idi.
Bir gün gənc qız Əli bəyə niyə ona belə davrandığını
soruşdu.
Bax qızım dedi " Sən çox yaxşı bir insansan. Sən mənim
hər gəlişimdə mənə təşəkkür etdin , üstəlik bunu
yazaraq etdin. İnsanların çoxu dili ilə belə söyləməyə
tənbəllik edərkən sən hər səfərində yazma zəhmətinə
dözdün. Məndən təşəkkürü əsirgəmədin. Təşəkkür hər
kəsin bir-birinə borclu olduğu amma kimsənin ödəmək
məcburiyyətində olmadığı bir borcdur. Ödəndiyində
qazancı , ödənilmədiyində də itkisi böyükdür" deyə
əlavə etdi.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 161 Bölmə: Sevgi varmı?
loading...