Malik, atasıyla birlikdə Şənbə günü balıqdan evə dönmüşdü. Anası mətbəxə əvvəl girən Malikdən soruşdu. "Nə oldu, heç balıq tuta bilmədinizmi?" "Əlbəttə ana, tam 7 balıq tutduq." "Bəs, hanı balıqlar?" "Ana, bu gün çox şanslıydıq. 7 böyük balıq tutduq. Ancaq atamın yanında yalnız dəniz kənarına gedəcək qədər pul varmış. Dönmək üçün pulumuz yox idi. Atam da avtobus şoferinə �?balıq versəm bizi apararsanmı?' deyə soruşdu. Avtobus şoferi də iki balığa bizi bura qədər gətirdi. Tam gəlmişdik ki, qarmaq əşyalarının bəzi parçalarını dəniz kənarında unutduğumuzu xatırladıq. Təkrar avtobusa mindik, beləcə iki balıq daha getdi. Təkrar evə gəlmək üçün də iki balıq daha getdi." Anası, "Amma 7 balıq vardı, biri nə oldu?" Malik cavab verdi: "Tam avtobusa minirdik ki, bir adam gəldi, �?Eyyy' dedi, �?pulqabımı oğurladılar. Mənə bir avtobus pulu verərsinizmi?' deyəndə atam şoferə bir balıq da onun üçün verdi. Bax bizim balıqların hekayəsi." Bazar günü Malik atasıyla yenə balığa çıxdı. Amma axşam olanda ata oğul yenə əlində balıq olmadan geri gəldilər. Anası kinayə ilə "hərhalda bu gün şoferin arvadı balıq bişirəcək " dedi. Malik: "Yox ana. Soruşma bu gün başımıza nələr gəldi." Anası: "Xeyrdir, nə oldu? Balıq tuta bilmədinizmi?" Malik: "Əlbəttə tutduq, ana, həm də neçə dənə! Əvvəlcə böyük bir balıq tutduq. Amma bir də baxdıq ki, bir gözü kor. Belə balıq yeyilməz dedik və dənizə atdıq. Bir dənə daha tutduq. Bu səfər də bir baxdıq ki bir üzgəci yox. Bu da şikəst yeyilməz dedik və dənizə atdıq. Üçüncü tutduğumuz balıq hər ikisindən də böyük idi. İnanmayacaqsan, amma bunun da quyruğu yox idi. Çarəsiz onu da dənizə geri atdıq." Anası: "Oğlum heç sağlam balıq tuta bilmədiniz?" Malik: "Əlbəttə tutduq ana, tam on iki dənə." Anası: "Yaxşı, haradadı oğlum balıqlar?" Malik: "Atam o balıqlardan sonra beş böyük
sağlam balığı bir səfərdə tutdu. Balıqları tam sahilə çəkməyə hazırlanırdıq ki, bizim balıqlara bir qağayı hücum etdi, atam qağayıdan balığı qurtarmağa çalışarkən, qağayının yoldaşları da gəldi. Biz nə olduğunu anlaya bilmədən bütün balıqları götürüb qaçdılar. Atamın da başını dənlədilər." Anası: "Oğlum sənin də dilini dənləmədilərmi?" Malik: "Niyə dənləsinlər ki, ana?" Anası: "Heç içəriyə girmir ki oğlum?" Malik: "Zarafat etmə ana…. Atam çox çalışqan və qərarlı idi. Qarmağı düzəldi, yenə balıq tutmaq üçün gözləməyə başladıq. Bir müddət sonra misinada bir hərəkətlənmə olmağa başladı. Atam dərhal çevirməyə başladı ki, ondan sonra olanlar oldu. Yandakı balıqçının da qarmağı hərəkətlənəndə o da misinanı toplamaya başladı. Misinələr qarışmışdı. Sənin balıqların idi, mənim balıqlarım idi deyə-deyə ikisi döyüşə başladılar. Adam iri yarı idi. Atamı bir az əldən saldı." Anası: "Bu kiçik qutu nədir belə?" Malik: "Bu gün sehr kimi bir gün idi ana. Atam adamın əlindən xilas olanda yenidən balıq tutmağa başladı. Bu səfər hamısından böyük bir balıq tutdu. Qarmağın iynəsini çıxararkən inanılmaz bir şey oldu. Keçən il atamın dənizə düşdürdüyü toy üzüyü vardı haaa. O toy üzüyü balığın ağızından çıxdı." Anası: "Necə olar bunlar anlamadım"Yaxşı bu paket nədir?" Malik: Heç ana bu qədər hadisə olanda, dedik ki, bu işdə bir hikmət var. Qurban kəsmək lazımdır. Gələrkən bir qoyun kəsib ətini payladıq. Bu da bizə düşən parça." Anası: "Bu hekayə üçün qoyun çatmaz oğulum, dəvə kəsməniz lazımdır, dəvə. Amma yenə də çox sevdim hekayənizi. Balıq tutmağa gedəndə bir kağız qələm götürsəniz daha yaxşı olar oğlum." Malik: "Ana, balıq tutmağa getməsək olmur. Balıq gəlməzsə, ilham gəlir.
Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 203 Bölmə: Sevgi varmı?