Bəlkə...
Bəlkə bir gün dayanarkən ayna önündə,görəcəksən saxta simanı...
Bəlkə bir gün toxunacaqsan ürəyinə,hiss edəcəksən daş bağladığını...
Fərqinə varacaqsan süni gülüşlərinin,yalan sevinclərinin...
Anlayacaqsan,dərk edəcəksən həqiqi kimliyini...
Yavaş-yavaş özünə gələcəksən,gerçək “sən” olacaqsan...
Bəlkə bir gün oyanacaqsan dərin yuxulardan...
Kabusmuydu,yoxsa yalan,və ya doğrumuydu,deyə təəccüb edəcəksən...
Bəlkə bir gün çəkiləcək göz önündən qalın qara pərdələr və görəcəksən işıqlı həyatı...
Görəcəksən reallıqları...anlayacaqsan olanları....dərk edəcəksən etdiklərini...
Hiss edəcəksən yoxluğumu bəlkə bir gün...
Bəlkə bir gün yad edəcəksən varlığımı...darıxacaqsan,için göynəyəcək həsrətdən...
Bəklə nə vaxtsa yada salacaqsan mənli həyatını,xatirələr saracaq dörd bir yanını...
Uzun gecələrcə düşünəcəksən sənə olan sevgimi,qayğılarımı və donacaqsan sənə sarılan yad qollarda...
Hiss etmək istəyəcəksən yenidən hərarətimi,amma,üzünə dəyən ögey nəfəs olacaq,üşüyəcəksən soyuqluğundan...
Bəlkə zaman gələcək dərin boşluğa salacaq səni peşmanlıqların...
Mənsizlik dəli edəcək səni...
Sağa_sola çərəsizcəsinə çırpınacaqsan,əlacsızcasına məni gəzəcəksən...
Amma,əsla tapmayacaqsan...
Buraxdığın,arxanı dönüb getdiyin yerdə olmayacağam sən döndüyün vaxt...
Bax,o zaman dərk edəcəksən yoxluğumu…
Hiss edəcəksən unudulduğunu...inanacaqsan unutduğuma...
O zaman qırılacaq qamətin,sınacaq qol_qıçın...
Diz köçəcəksən taqətsizcəsinə...
Daş ürəyin döyünməyə başlayacaq sürətlə qorxudan...
Unudulmaq qorxusu səni yerlə bir edəcək...
Bəlkə o zaman anlayacaqsan nələr yaşadığımı,nələr çəkdiyimi...
Unudulmaq nədir deyə bəlkə sən də o zaman biləcəksən..
Bəlkə qalın qat bağlamış vicdanına nə vaxtsa toxunacaq etdiklərin...
Fərq edəcəksən vicdansızlığını...
Nə qədər qəddar...nə qədər zalım olduğunu...
Bəlkə nə vaxtsa çevriləcəksən arxaya,baxacaqsan orada buraxdıqlarına,dəyər vermədiklərinə...
Gözlərin dolacaq,canın yanacaq,amma,çarəsiz olacaqsan geri dönüşü olmayanlara...
Elinlə qırağa atdıqlarını,zaman gələcək qol gücünlə belə geri qaytara bilməyəcəksən...
Mənim yaralarım qabıq bağlayanda,səndə hər an qanayan dərin yaralar açılacaq...
Mən çarəyə qovuşanda,sən çarəsizlikdən,çaşqınlıqdan gecəylə_gündüzü qarışıq salacaqsan,eynən mənim kimi...
Yaşayacaqsan bəlkə bir gün sən də mənə yaşatdıqlarını...
Hiss edəcəksən sən də vücudunda ağrını,yanğını...
Bəlkə zaman gələcək dəyişəcək yerlərimiz...
Bəlkə...nə məlum...bəlkə...
İndi ümid etdiklərimin zamanı gələcək bəlkə...
Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 121 Bölmə: Sevgi varmı?