Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Geri Qayıdaram Demişdin =(

Soyuq bir payız axşamı idi. Hava qararmış, yağış başlamışdı. Xəyallarımıza yağış yağırdı. Gözlərin donuq bədənin halsız idi. Gizli bir əl getməyə hazırlanan avtobusa minmək üçün səni məcbur edir kimi idi.
Sanki qalmaq istəyirdin..
"Baharda dönərəm" demişdin xatırlayırsanmı? "Məni heçvaxt unutma gözlə.."
Mən səni unutmadım sevgilim, mən səni unutmadım. Bütün qış baharda dönəcəyin günün xəyalı ilə isindim. Kiçik öpüşlərlə oyandırıb günəşin doğuşunu göstərəcəkdim sənə. Çiçəklərin, dənizin, sahilin, günəşin dadını birlikdə hiss edəcək, gün batışlarında dənizlə birləşən üfüq xəttini birlikdə seyr edəcək, ay işığında xoşbəxtlik mahnımızı söyləyəcəkdik. Yalan deyil, olmayacaq sevdalara ilişdim yoxluğunda bir müddət..
Sənə bənzəyən hər şeyi sevdim mən.. Sevdiyim hər şeydə səndən izlər vardı. Axtardığımı tapdım sandım amma yanıldım , tapdığım Sən deyildin. Olmayacaq zamanlarda ağlıma düşdün, vaxtsız yaralandım..
Hər səhər səni tapmaq üçün yollara düşmək gəldi içimdən amma gedə bilmədim.. Təkliyin ağrısıyla qürur almış kimi oldum hər gecə.. "Gəlir" dedim öz özümə, "Söz verdi gələcək!.".. Gözlədim. Özümü paramparça hiss etdim amma yenə də sənə hirslənə bilmədim. Unutdum pis sözlərini, unutdum qapında gözlədildiyimi, unutdum telefonlarıma cavab vermədiyini, mübahisələrəmizi unutdum. Bir tək səni unutmadım sevgilim, bir tək səni unuda bilmədim. Həmişə dönməyini gözlədim..
Zamanla alışdım ağrılara , ölüm elanlarında özbaşına silinən ünvanlara. Alışdım sevdiklərimin yoxluğuna. Amma təkliyə alışa bilmədim, həsrətə alışa bilmədim, sənsizliyə alışa bilmədim..
Həmişə dönməyini gözlədim. Olmadı gülüm, bir araya gələ bilmədik. Halbuki daha yolun başındaydıq, tumurcuqduq hələ yeni açılmağa hazırlanan. Bahar gəlmədən ayrıldıq. İndi artan təkliyim , böyüən yoxluğun var. Divarlarda gözlərinin izi , qapı qollarında barmaq izlərin gizlidir.
Sən hardasan sevgilim, varlığın hardadır?
Bir mövsüm gəldi keçdi, sən dönmədin. Xəyallarım belə dağınıq deyildi əvvəllər. Qara buludlar kimi yığılıb bir yerə, ağrılarım ürəyimdə daşlaşmışdı gecə yarılarında. Həsrətim heç bu qədər olmamışdı gün işığına. Həsrət bu qədər böyüməmişdi. İndi köçəri olmuş ürəyimlə hər səhər yeni səfərlərə çıxıram. Ümidin türküsünü söyləyirəm yetim baxışlarımla...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 169 Bölmə: Sevgi varmı?
loading...