Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hamisini Yaz.....

Nə yazacağını bilmədən qoyarsan qabağına qələm və kağızını. Bu dəfə də hislərini yazacaqsan! Nə düşünürsənsə eləcə onları. Son görüşdə əslində başını dik tutaraq ayrılıqla razılaşmaq əvəzinə ürəyində ayrılmaq istəmədiyin üçün ağladığını yazarsan.Göz yaşlarını gizlədərsən kipriklərin arxasında,əslində onları durduran olmasaydı dayanmazdılar bəlkə də… Susmaq əvəzinə danışmaq istədiyini yazarsan,Onu Sevdiyini demək,Həyatında çox şeyi Ona görə Onun üçün gözə aldığını yazarsan… 2illik münasibəti beləcə bitirmək istəmədiyinideyərsən… Axı heç birini deyə bilməmişdin… Onu əvəz edəcək heç kimi axtarmaq istəmədiyini, Onun dünyan olduğunu deyərsən…
Beləcə Nöqtələri düzərsən cümlələrin sonuna… Tanışlığınızda inanmadığınız sevginin başınıza gəldiyi üçün xoşbəxt olduğunu deməyə cürətin çatmaz.Hirsini,qəzəbini boğa bilmərsən.Onunla yaşadığın günlər üçün darıxacağını demək istədiyin halda, sənin üçün daha mövcud olmayacağını deyib kəsərsən sözlərini… Bəlkə də peşman olduğunu belə deyərsən ona son görüşdə… Gəl ki, ürəyində nələr demək istədiysən heç birini demərsən. Gizlədərsən özündə. Onunla bağlı şirin xatirələrin altından fikirlərini yazarsan beynində…Onu sevdiyini, hələ də unuda bilmədiyini yazarsan. Hər gördüyündə əzab çəkdiyini də yaz,Onun xoşbəxt olduğunu gördükcə içindən dəfələrlə öldüyünü də yaz. Şəklinə baxdığında hələ də əllərinin üşüdüyünü, ürəyinin tez tez döyündüyünü də yaz. Ətirini hiss elədiyini,hələ də qoxusu üçün darıxdığını da… Hamısını yaz. Denən fikirləşdiklərini. Tök hamısını vərəqin üzərinə göz yaşlarına qarışmış mürəkkəblə…
Məktubunu bitirdinsə əgər, apar digərlərinin yanına… Əgər yazıb bitirdinsə məktubunu, Onun ən çox sevdiyi ətirini səp məktubun üzərinə…
Ayrıldığınızdan bu günə qədər yazdığın onlarla məktubdan birinə çevrilsin yenə…

Bağla zərfi,qoy rəfinə…


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 75 Bölmə: Sevgi varmı?
loading...