Qorxma sevgilim
Sən keçən yollarda qara bir bulud
Günəşin olaram qorxma sevgilim
Oturub çıraqla sıranın üstə
Yolunu gözlərəm qorxma sevgilim
İstəsən günəşin ayın olaram
İstəsən şimşək tək göydə çaxaram
İstəsən kölgə tək başının üstən
İnan ki,getmərəm qorxma sevgilim
Sən mənim qəlbimdə yuva salan quş
Yuvanı yıxmaram qorxma sevgilim
Oturub izlərəm səni gizlicə
Dəyib dolaşmaram,qorxma sevgilim
Sən mənim könlümdə taxtını qursan
Ömürlük qalacaq inan sevgilim
Sən ürkək-ürkək gözümə baxsan
Gözümdə qalacaq gözün sevgilim
Sən ürək parəmsən,parən qalacaq
Sən könül yarəmsən,yarən qalacaq
Sən mənim ömrümsən izin qalacaq
Bir gün ölsəmdə mən sevgim qalacaq
Tarix: 29.04.2015 / 11:47 Müəllif: Aziza Baxılıb: 333 Bölmə: Sevgi şerləri
loading...