ADIN XƏYANƏTDİR, SOYADIN KƏDƏR
***
Daha özgələrlə səhv salma məni.
Saxta gözəlliyə olmaram nökər.
Nə yaxşı vaxtında tanıdım səni.
Adın xəyanətdir, soyadın kədər.
***
Bu gündən mən oldum sənin düşmənin.
Nöqtəsi qoyulub bizim cümlənin.
Şəxsiyyət vəsiqən saxtadır sənin.
Adın xəyanətdir, soyadın kədər.
***
Sənin tək vəfasız yar nəyə lazım?
Qurumuş budaqda bar nəyə lazım?
Cismində gözəllik var nəyə lazım?
Adın xəyanətdir, soyadın kədər.
***
Sən mənim toyuma mütləq gələrsən.
Alıb mikrafonu söz də deyərsən.
Əvvəlcə özünü təqdim edərsən.
Adın xəyanətdir, soyadın kədər.
***
Sonra danışarsan olub keçəni.
Onsuz da tanıyan tanıyır məni.
Qoy dostun-tanışın tanısın səni.
Adın xəyanətdir, soyadın kədər.
***
Sən deyə bilməzsən mənə vəfasız.
Öz adım Nüsrətdir gəl tutma ucuz.
Soyadım Həsəndir, səninsə ay qız.
Adın xəyanətdir, soyadın kədər.
***
müellif: Nüsret Hesen
(başqa saytlara seyfelere kopyalayan namusunu düşünsün. Oxuculardan üzr istiyirem)
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 154 Bölmə: Sevgi şerləri