Mələyim
Nə yaxşı tanıyıb sevmişəm səni.
Gəlişin ömrümə sevinc gətirdi.
Bir günün içində dəyişdin məni.
Gülüşün üzümdən qəmi götürdü.
Hər zaman mələyim deyirəm sənə.
Sən isə mələkdən daha gözələn.
O incə ürəyin dayanar məncə.
Bu eşqi təsəvvür eyləyə bilsən.
Sən mənim tək gülüm, tək çiçəyimsən.
Cənnəti versələr vermərəm səni.
Bu dünya içində öz mələyimsən.
Varlığın en xoşbəxt eləyir məni.
Tarix: 29.04.2015 / 11:34 Müəllif: Aziza Baxılıb: 197 Bölmə: Sevgi şerləri
loading...