Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

AY UREYIM......?

Yatırsanmı, ay ürəyim?
Gecə keçib yarısından...
Mənsə yata bilməmişəm
Ürəyimin ağrısından...
Gündüz olsun, nə fəqri var,
Günüm gecədən qaradır...
Xəbərin yox, səndən ayrı
Ürəyim para-paradır
Bəs, deyirdin, mən ölərəm
Bir an qalsam səndən ayrı!
Gör nə qədər zaman keçdi,
Sən də ayrı, mən də ayrı...
Bəlkə yordum yenə səni?
Günəş üzlüm, sağ ol daha!
Mən çəkilim təkliyimə,
Az qalıbdır, bax, sabaha...
Yenə mən və soyuq otaq,
Necə uzun bir gecədir!
Hər gecəyə bənzəməz, yox,
Bu bir ayrı cür gecədir!


Tarix: 27.01.2015 / 12:24 Müəllif: Aziza Baxılıb: 128 Bölmə: Sevgi şerləri
loading...