İncimə Sevgilim
İncimə sevgilim,incimə məndən,
Sevgidə küsmək də barışmaq da var.
Məhəbbət sönməyən oddur,alovdur,
Sevgidə yanmaq da,alışmaq da var.
Sevgi yenicə açan Ətirli bir çiçəkdir,
Sevgi bahar mehidir,xəfif əsən küləkdir.
Sevgi şirin arzudur,sabahdır,gələcəkdir.
Sevdin,niyə susursan,qəlbini açmaq da var.
Sevginin yolları bəzən sərt olur,
Bzən acı xatirə,bəzən qüssə,dərd olur.
Ürəyin çırpındıqca gözlərin yaşla dolur,
Sevgidə ağlamaq,şirin gülümsəmək də var...
Tarix: 27.01.2015 / 13:24 Müəllif: Aziza Baxılıb: 262 Bölmə: Sevgi şerləri
loading...