Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

♣♣♣Sennen yaxsisin tapacam♣♣♣

Zəng edim-etməyim, tərəddüddəyəm,
Ürəyim istəyir, qürur qoymayır.
Başımı qələmlə qatıram hər gün,
Yazıram, pozuram, vərəq doymayır…

Bəzən də rəsmini çəkirəm onun,
Qələmlə nazını çəkə bilmirəm.
O gözəl qaməti şux qalsın deyə,
Kağız parçasını bükə bilmirəm…
Sonra düşünürəm dəli sayağı,
Sanıram, o məni görür, eşidir.
Məni eşitməsin, görməsin deyə,
Gözü, qulağını pozuram bir-bir…
Bəlkə həqiqətən dəli olmuşam ?
Ağlımı başımdan alıb hisslərim.
Mən belə deyildim, ona deyin ki,
Məni, nə günlərə salıb hisslərim…


Tarix: 27.01.2015 / 12:49 Müəllif: Aziza Baxılıb: 127 Bölmə: Sevgi şerləri
loading...