Əvəzi olmayacaq
Məni tərk eləyib hayana getdin?
Bizim xəyalları sən viran etdin
Ürəyim vurmaz dayanar sənsiz
Getdin və qəlbimi yaman incitdin
Artıq yaşamağa qalmayıb maraq
Məni tərk eylədi o aldadaraq
Görəsən onu mən unudarammı?
Özümə yeni bir həyat quraraq?
Nə qədər cəhd etdim unutmaq üçün
Hər şeyı ağlımdan çıxartmaq üçün
Bilirəm boşuna çalışıram mən
Yeni bir başlanğıc yaratmaq üçün
Yeri bilirəm onun dolan deyil ki
Əvəzin bir kimsə alan deyil ki
Sənsiz yaşamağın yox bir mənası
Gözdən axan yaşlar yalan deyil ki
Tarix: 26.12.2014 / 13:42 Müəllif: Aziza Baxılıb: 92 Bölmə: Sevgi şerləri
loading...