Uşaq olarkən valideynlərini itirdi . 13 yaşında tamamilə yetim qaldı, nənəsinin himayəsinə keçdi . Nənəsi isə onu böyütmək üçün minbir əziyyətə qatlanaraq çörəkpulu qazandı . Onun 15 yaşı olarkən nənəsi də uzun sürən xəstəlikdən vəfat etdi . O, tamamilə yalnız qaldı . Tək bir ümidi sevgilisi idi . Amma onu sevdiyini deyə bilmirdi . Çünki o varlı qızı idi .Ailəsi isə onun kasıb birini sevməsinə razı ola bilməzdi . O bütün bunları yaxşı başa düşürdü, qızın onu sevdiyini də gözəl anlayırdı, amma bu sevgini etiraf etməyə cəhd edə bilmirdi . Hər şeyini itirmişdi, həyatını, azadlığını itirməkdən qorxurdu ...
Onun uşaqlığı çox çətinliklərlə keçdi,yeniyetmə vaxtlarından ağır işlərdə işlədi, özünü dolandırmaq üçün halal zəhmətilə çörəkpulu qazandı . Heç kəsə pisliyi dəymədi, amma yenə də təhqirlərə məruz qaldı . Qazandığı qəpik-quruş əlindən alındı . Küçələrdə döyüldü,söyüldü, amma inamını itirmədi . Həyatını qara buludların almasına baxmayaraq işıqlı dünyaya çıxmaq üçün zəif bir günəş şüası axtarırdı . Axtarırdı ki, buzəif şüanı izləyərək işıqlı gələcəyin yolunu təyin etsin . Amma buludlar oqədər sıx idi ki, o, bu şüanı tapa bilmirdi . Hərdən həyatındakı çətinliklərə baxaraq üzünü göyə tutub soruşurdu : “Allahım, axı mənim qəlbimdə insanlara bu qədər sevgi ola-ola niyə mənə bütün bunları yaşadırsan ?” . Amma səs gəlmirdi,o, düşünürdü ki, Tanrı da ondan üz döndərib ...
İllər keçdi . Amma onun başının üstündəki qara buludlar keçmədi . Ailə qurdu . Amma həyatında xoşbəxtlik bərqərar olmadı. Övladı oldu , sevincdən gözləri doldu . Amma həyatındakı bolşluq dolmadı . Nəidi bu boşluq ?! Bu, tənhalıqdır . Ana, ata, həyat yoldaşı və övladlarının itkisi . Onun dünyaya gəlmiş 6 uşağından yalnız 1 oğlu sağ qalmışdı . Tək ümidi oğlu idi . Onun üçün çox şeylər etdi, amma oğlu onu tərk etdi, gözünü yolda qoyub başqa ölkəyə köçdü . O artıq evini də satmışdı . Kirayə qalırdı .Amma ev sahibi də əzazil adam idi . Pulu vaxtlı vaxtında verməyəndə döyürdü,əşyalarını küçəyə atırdı . Bu qədər təhqirlərə baxmayaraq, onun susmaqdan başqaəlacı yox idi ...
Uşaqlıqdan axtarışa çıxan bu adam hələ axtardığını tapa bilməmişdi . Onun axtardığı tək şey, xoşbəxtlik idi . Artıq ümidləri kəsilmişdi . Çarəsi ölmək idi . Tək ümidi də ölməyə qalmışdı . Artıq yaşaya bilməyəcəyini düşünüb, dənizə üz tutdu ...
Gecə idi, dənizdən vahiməli səslər gəlirdi .O bir anlıq qorxdu, amma geriyə yol yox idi . Çünki həyatı bundan daha vahiməliidi . Udqundu . Bir addım irəli gəldi . Ayağının altında qum xışıldadı, gözləri qaraldı . Boğazındakı düyməni açdı . Kəlmeyi-şəhadətini dedi . Dünyayla vidalaşıb irəliyə atıldı . Bu zaman onun qolundan bir qadın tutdu . O dayandı,qadına baxdı . Üzü tanış gəlirdi . Ağ saçlarını külək dağıtmış, əlləri buz kimi soyumuş, gözləri qəmdən alovlanan bu qadın onun sevdiyi – uşaqlıqda sevgisini qazanacağına ümid etdiyi qız idi . Hə, bu o idi . Hansı ki, ailəsi razı ola bilməzdi ki, o, kasıb birini sevsin . İllərlə qəlbində gizlətdiyi sevgisini dilinə gətirmək istədi . Amma dili söz tutmadı . Dalğa onları vurub yıxdı,dəniz çəkib apardı . Onlar sonsuz sulara qərq oldular . İllərin arzusu gerçək oldu – onlar qovuşdular və o, uşaqlıqdan axtardığı xoşbəxtliyi tapdı .
Nə idi bu xoşbəxtlik ?!
Tarix: 03.12.2014 / 17:48 Müəllif: Aziza Baxılıb: 102 Bölmə: Sevgi şerləri