Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevə – Sevə Ayrılaq....

Sevə- Sevə Ayrılırıq, üzülmə
Dərtlərimi dağ eylədim özümdə,
Bircə xaişim var məndən incimə
Nə sən mənə, nə mən sənə
– Rastlaşanda baxmayaq
Gəl hər şeyi unudaq, Sevə – Sevə Ayrılaq.

Xəyalımda böyütdüyüm nəğmələri,
Ad günüdə gətirdiyim çiçəkləri
Səninlə çəkdirdiyimiz, şəkilləri
Mən özümdə, sən özündə
– Nəyə lazım saxlamayaq
Gəl hər şeyi unudaq, Sevə – Sevə Ayrılaq.

Inanmıram bir gün bitə gileyim,
Vəfasıza qurban oldu taleyim,
Bir dost kimi, yanındayam ürəyim
Mən səninlə, sən mənimlə
– Arada dərtləşək doyaq
Gəl hər şeyi unudaq, Sevə – Sevə Ayrılaq.

Mən bir taleh oldum, sən isə fələk,
Mənə verdin xəyanəti əzab tək,
Yubadmayaq burda açaq söyləyək
Bu yol mənə O, yol sənə,
– Dön geriyə durma ayaq
Gəl hər şeyi unudaq, Sevə – Sevə Ayrılaq


Tarix: 26.12.2014 / 12:43 Müəllif: Aziza Baxılıb: 63 Bölmə: Sevgi şerləri
loading...