Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xeyal

Mənim dağınıq dünyamda,
Sənin nə işin var axı?
Yadına sal başqasıyla,
Sevgi görüşün var axı.

Mən tək xəyalın üçünəm,
Xəyalınla yenə məstəm,
Sənki məni tanıyırsan,
Bilirsən xəyalpərəstəm.

Darıxmıram,yoxluğuna
Xəyalın onsuz qənimdir,
Özün mənim olmasan da,
Xəyallarınki mənimdir..

Əbədi eşq tapmaq üçün,
Səndən belə keçərəm mən.
Ya sən,ya xəyal desələr,
Xəyalını seçərəm mən...


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 54 Bölmə: Sevgi şerləri
loading...