Fikirlər beyinə həbsdir xatirələrlə bir,
Dərdim bir sən, bir qatil ələmlədir.
Axı heç əks etmir sevməyimi qələm, sətir,
Ürəyimi dayandırdı o saçlarından gələn ətir.
Gətir oğurladığın ürəyi, yolda sındırma qəti,
Hər bir hüceyrə bağlı sənə, sənsən beyin səthi.
Gözlərin sanki tətik, nişan al, vur, beyinsə tir,
Ürəyimcədir sındırmağın, amma ürək incədir.
Soruşmağına belə gərək yox…hə, dəli kimi özü də,
Bu yazıların özü mən, həm iç tərkibi sözü də.
Parçalandı gözlərim, ürək boz, çirk parçadandı,
Xəbərin yox, gözlərimdə qış, oralara qar çatandı?
Vuruldum ilk baxışdan, mən bəs indi neynim?
Bil azacıq olsa da belə, mənə bəsimdi meylin.
Ürəyimi aldığın bəs deyilsə, onu əz indi Leylim,
Sən mənə baxma, başı aşagı salıb, gəzim gileyli.
Tarix: 26.12.2014 / 13:08 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Sevgi şerləri