Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bağışla məni

Bütün xatirələr,yaşadır axı,
Hər gələn sabahda,keçən dünəni.
Xoş xatirələrlə,gələn sabahı,
Daha da,gözəl et,bağışla məni.

Yeni bir oyunun,sıcaq qoynunda,
Uyuyan röyalar,qismətimizdir.
Röyalar sirr olsun,sevgi oynunda,
Sevginin hər sirri,ismətimizdir.

Yenidən dil açıb,susan diləklər,
Biraz pıçıldayar,saf qəlbimizə,
Qəlbimiz onları duymasa əgər,
“Sevənlər” kəlməsi yaraşmaz bizə…

Tutmaz əllərimiz,sevgidən yana,
Qüvvətə,yenidən qovuşacaqdır,
Əllərin qüvvəti çatmayıb sona,
Həyat bitənədək,tutuşacaqdır.

Qəlbimiz sayrışar səadət ilə,
Səmada sayrışan ulduzlar kimi.
Səadət kainat,mən ona kölə,
Sənsə səadətin,mütləq hakimi.

Həyat yollarında,bir atıb addım,
Sənli arzulara,xəyalda çatdım.
Mənli arzulara,çatmaq istəsən.
Mənimtək xəyal qur,bağışla məni.


Tarix: 26.12.2014 / 12:37 Müəllif: Aziza Baxılıb: 66 Bölmə: Sevgi şerləri
loading...