Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgimizin cizgisi

Hələ kəşf edilməmiş,günəşlə ay sevgisi,
Sevgimizin yanında,kiçik cizgi kimidir.
Bizdən onlara tövhə,böyük sevgi cizgisi,
Kəşflərə sığmayan sevgimizdən bəhs edir.

Düşündükcə möcüzə sanılan portretlər,
Cizgisində rəssamın sevgisindən bəhs edər.
Amma bizim sevgi tək,gözəl bir cizgi çəkmək,
Nə rəssamın işidir,nə fırçanın işidir…

Susmağa heç ehtiyyac yoxdur inan,sevgilim,
Hissləri duyum deyə,niyə sussun ki,dilim,
Qulaqla duyulmayan,pıçıldayan hər hissim,
Cizgisinə danışır,cizgi onu eşidir…

Nə sən danışan lalsan,nə mən eşidən karam,
Hislərimiz danışır,duyuruq aram-aram,
Hislər heç susan deyil,nəqədər ki mən varam,
Cizgimiz də,o qədər var olacaq cizgidir.

Görülsə nəzər dəyən,gözəldən də,gözəldən,
Gözəl olan varlıqlar,gizlədilib əzəldən,
Gözəl də,görsə onu,xətər gələr nəzərdən,
Onun üçün cizgimiz,özümüzdən gizlidir.


Tarix: 26.12.2014 / 12:37 Müəllif: Aziza Baxılıb: 141 Bölmə: Sevgi şerləri
loading...