Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uzaq dur

Ay qəlbim yalvarıram sözümə bax,
Sevənlərin kədərli gözünə bax.
Bu zalım dünyanın da özünə bax,
Bu zülümdən bu əzabdan uzaq dur.

Könül vermə sən yalan məhəbbətə,
Sevgini endirmə ucuz qiymətə.
Özünü təslim etmə bu həsrətə,
Bu ağrıdan bu hicrandan uzaq dur.

Getdi daha saf sevginin zamanı,
Sevib görürsən bir vəhşi hicranı.
Onda bilərsən sən düzü, yalanı,
O yalandan o acıdan uzaq dur.

Bax dünyaya kor etmə sən gözünü,
Hərdən söylə hərdən gizlət sözünü.
Ehtiyatlı ol qoru sən özünü,
Bu qüssədən bu kədərdən uzaq dur.


Tarix: 26.12.2014 / 12:31 Müəllif: Aziza Baxılıb: 84 Bölmə: Sevgi şerləri
loading...