Ümüdün gözünə doldu təlaşlar
Xəcalət icində zülmət içində
Mənim bir sabahım can verdi getdi...
Yenə həmin qayda, eyni biçimdə
Ürək duyuq düşüb ürək bilmişdi
Bu gecə gəlmişdi...
Sənsiz gəlmişdi...
Soyuq küləkləri neydi, kamandi
Yarpaqdan süzülür musiqiləri
Heyif ay vəfasız ürək inandı...
Düşündü bir gecə var olacaqsan
Bu yazıq halıma qəmin gülmüşdü
Bu gecə gəlmişdi...
Sənsiz gəlmişdi...
Çarəsiz baxışlar qaranlığında
Bir aləm işigın qüdrətimi var?!
Gözümün tor görən dumanlıgında
Səmanın gizlicə söhbətimi var?!
Ulduzlar düşmüşdü, ayı enmişdi
Bu gecə gəlmişdi...
Sənsiz gəlmişdi...
Yuxusuz anlarım sözümə dönür
Qayğılı yolları gəzib dolanır
Namələr üstündə min ümüd sönür
Min ümüd oldürən səhər yaranır
Divanə köksündə ürək dinmişdi
Bu gecə gəlmişdi...
Sənsiz gəlmişdi...
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 88 Bölmə: Sevgi şerləri