Çağır əzizim
Hər zaman bu sözü deyəcəyəm mən,
Ölənədək səni sevəcəyəm mən.
Harda olsan ora gələcəyəm mən,
Yetər ki, sən məni çağır əzizim.
Yer, göy alt-üst olub, qopsa da tufan,
Tərsinə fırlanıb dönsə də zaman,
Yolumu bağlayıb, kəssə də duman,
Yetər ki, sən məni çağır əzizim.
Bir quş olub qanad açıb gələrəm,
Sevgi yollarıyla qaçıb gələrəm.
Günəştək ömrünə saçıb gələrəm.
Yetər ki, sən məni çağır əzizim.
Tarix: 26.12.2014 / 12:35 Müəllif: Aziza Baxılıb: 53 Bölmə: Sevgi şerləri
loading...