De X0wbextsenmi???
Ağlama dedimsə, ağlatdın məni,
Nə oldu bitirdin uca sevgini?
Məni ağlar qoydun, öldürdün məni
Mənsiz həyatında de xoşbəxtmisən?
***
Mənə inanmadın daim yoxladın,
Sevgimi saymadın, qürura qandın
Əmin ol sözündən, demə aldandın
Mənsiz həyatında de xoşbəxtmisən?
***
Bu həyat üzümə gülmədi heç vaxt
Həmişə sındırdı, yox etdi həyat
De mənsiz oldunmu sən indi rahat?
Mənsiz həyatında de xoşbəxtmisən?
***
Sevgidən ucadır qürurün sənin.
Nə qədər ömrü var sənin hissinin?
Qiyməti yoxmudur mənə sevginin?
Mənsiz həyatında de xoşbəxtsənmi?
***
Axır ki anladım heçəm mən sənə,
Sahib olammadım sənin sevginə
Mənim sualıma cavab versənə,
Mənsiz həyatında de xoşbəxtsənmi?
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 140 Bölmə: Sevgi şerləri
loading...