Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

**KaW_Ki_uWaQ_oLaRDiM**

Kaş ki uşaq olardım.......
Sevgi, məhəbbət nədi, kaş başa
düşməyərdim!
Hicranla, həsrət ilə kaş ki
görüşməyərdim!
Dərddən, qəmdən, kədərdən, kaş
ki uzaq olardım!
Kaş ki uşaq olardım!...
Dərdim olardı mənim bir tək
oyuncaq dərdi!
"Necə şirinsen?!" deyə hamı
məni sevərdi!
Dolanardı başıma əzizlər
pərvanətək!
Nazlayardılar məni, şənlənərək,
gülərək!
Kaş ki uşaq olardım!...
Kaş ki uşaq olardım, şaxta baba
gələrdi,!
Dostlar da yığışardı, şeir, nağıl
deyərdi!
Yaxşı şeir deyənə hədiyyələr
verərdi!
Bu anlar xatirimdə qoyub şirin
izləri,
Hələ qulağımdadır babanın bu
sözləri:
Qarlı dağlar aşaraq, çox ellər
dolaşaraq,
Daglardan dusdum yere geldim
sizi gormeye
Kaş ki uşaq olardım!...
Kaş ki inanardım ki, nağıllar olur
gerçək!
"Görəsən div, xortdan var,
görən məni yeyəcək?"
-Qorxaraq düşünərdim, ah, necə
bəxtəvərdim!
Kaş ki uşaq olardım
Kaş ki uşaq olardım!...
Kaş ki yenə olardı, o qorxulu
nağıllar!
Həyat nağıldan betər! Nə qədər
Div, Xortdan var?!
Nə cırtdan var həyatda, nə də
Tıq-tıq xanım var!
İndi hara baxırsan, tülkü, çaqqal,
canavar!
Bürüyübdür hər yanı!
Qorxudurlar insanı!
Kaş heç böyüməyərdim! Bunları
görməyərdim!
Bu qorxulu həyatı, şirin nağıl
sanardım!
Kaş ki uşaq olardım!...


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 135 Bölmə: Sevgi şerləri
loading...