Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qızlar və Durnalar

Incidilər,küsdülər.Heç nəyin üstündə.Oğlan dedi filan kinoya gedək,qız dedi yox,o kinoya getməyək.Sonra oğlan dedi ki,birtəhər olmusan,sözümü eşitmək istəmirsən.Qız hirsləndi,cavab qaytardı ki,birtəhər özqnsən.Sonra dinmədilər,səhəri gun qız görüşə gəlmədi.Oğlan eşitdi ki,qız küsüb...
Bir neçə gün beləcə keçdi.Sonra oğlan düşündü bəlkə məni sınayır,bəs mənə nə gəlib?Xəbər göndərdi ki,filan yerdə gözləyirəm,gəlsin.Qız cavab qaytardı-onun ayağınamı gedim mən?Oğlan əsəbləşdi,lakin özünü ələ aldı.Qız gəlmədi.
Bir gün küçədə qarşılaşdılar.Oğlan:
-Bir dəqiqə dayan,sözüm var.
Qız ayaq saxladı.Oğlan dedi:
-Axı sevənlər küsər də,barışar da.
Qız dilləndi:
-Dedinmi sözünü?Gedə bilərəmmi daha?
Oğlan gözlərini qıydı,baxışlarını qızın gözlərinə dikdi.Həmişə dəniz kimi dalğalı görünən gözlər çox mülayim görünürdü bu gün.Heç nə yox idi orada.Urəyi ağrıdı oğlanın.Birdən elə bil nəsə uçdu ürəyində.Uçdu,dağıldı...
-Get,-dedi,get...Bir halda ki səndə səni mənim yanımda saxlaya biləcək heç nə qalmayıb...
Qız dinmədi.Gözlərini oğlanın üzündən ayırmayıb bir addım atdi kənara.Yenə bir addım.Sonra da birini...Getdi.Səssiz,sakit.Budaqdan qopan yarpaq kimi,üfüqdə batan günəş kimi,sönən fəvvarə kimi,susan nəğmə kimi.
Oğlan yerindən tərpənmədən onun ardınca baxırdı."Demə küsmək bəhanəymiş"

Baxdı,baxdı,xeyli baxdı."Heç olmasa bir dəfə geri boylanaydı,son dəfə əl edəydi".Baxışları uzandı.Qız yol getdi baxışlarında.Getdi,getdi,nöqtəyə döndü sonda.
Məhəbbətə nöqtə qoyuldu...
Hardansa oğlanın yadına durnalar düşdü.Uşaq vaxtı son baharda beləcə baxardı onların ardınca.Durnalar uçardı,uçardı,nəhayət nöqtəyə dönərdi mavi göylərdə.
Oğlan durnalarla qızlar arasında bir bənzəyiş gördü.Uçub gedərlər durnalar da.Qızlar da uçub gedərlər,harda bahar var-ora...
Sonra ele bil payız küləyi əsdi,oğlan soyuqdan titrədi.Ixtiyarsız halda öz-özünə pıçıldadı:"Harda bahar var...uçarlar payızdan...Bəlkə...Bəlkə..."


Tarix: 03.12.2014 / 18:06 Müəllif: Aziza Baxılıb: 122 Bölmə: Sevgi şerləri
loading...