Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SeN__OLuRaM___MeN.___

Yaxşı ki, ayrıyıq, yaxşı ki
bizdən
Çırpınti, sarsıntı əl üzmür
yenə.
Həyatı öyrəndik
həsrətimizdən,
Odur ki, həmişə möhtacam
sənə

Rəngi bir, dadı bir toyun
büsatın.
Həsrət min rəng çəkir
gözlərimizə
Yaxşı ki ayrıyıq, bu dərd
həyatın
Dərin qatlarını öyrədər bizə.

Yanımda olanda uzaqdasan
sən
Mən səni görmürəm olduğun
kimi.
Səndən ayrıldımmı, hər yerdə
sənsən
Mən göre bilmirəm Vallah heç
kimi!

Yanında bir quru cisməm
özüm də.
Ayrıldım, ruh olub əriyirəm
mən
Eşitmir qulağım, görmür
gözüm də
Arzudur eşidən, həsrətdir
görən.

Adi bir insanam.
Sənin yanında, başqa
qayğılarla yaşayıram mən
Elə ki, ayrıldım qəm
dumanında
Fikrimin ilki də sonu da
sənsən!

Yanında rahatam, sakitəm
tamam,
Ayrıldım od tutub alışır ürək.
Rahatliq - ölümdür, hələ mən
sağam
Mənə tufan gərək, həyəcan
gərək!

Vüsal dəmlərində sən nur
mən çıraq,
Görürəm, mən mənəm, sən də
sənmisən?
Ayrılıq dəmləri sən, sənsən
ancaq
Bilmirəm bəs niyə mən
olmuram mən.

Səndən ayrılanda vahidəm,
birəm.
Həm bir hədəfə vuruluram
mən
Yanında həmişə ikiləşirəm
Ayrıldım, çevrilib SƏN
OLURAM MƏN!


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 75 Bölmə: Sevgi şerləri
loading...