Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sənsiz Yenə Darıxdım,Canım

Bu gecə yenə sənsiz darıxdım
yenə kədərli idim.Pəncərəmdən saatlarla səmadakı ulduzları seyr etdim


Sənsiz Yenə Darıxdım,Canım!

Yatmazdan əvvəl şəkillərinə baxdım,yenə səni xatırladan musiqilərə

qulaq asdım və kaş ki yuxuma gəlsən” deyə şəkillərinlə söhbət etdim


Sənsiz Yenə Darıxdım,Canım!
Və yuxuma gəldin o gecə İnşallah hər şey yaxşı olacaq”

dedin mənə.Heç istəmirdim yuxudan oyanmaq.Çünki Səninlə çox xoşbəxt idim

Sənsiz Yenə Darıxdım,Canım!

Səhər oyandım gün boyu fikrimdə idin

Hara getsəm,nə etsəm bir an belə ağlımdan çıxmırdın.Bir anlıq sənin uzaqda olduğunu

unutmaq üçün saxladığım əvvəlki mesajlarını oxdum .Həmin an səni yanımda hiss etdim...


Sənsiz Yenə Darıxdım,Canım!

Elə hey xəyalımdasan fikrimdə, düşüncələrimdə,arzularımdasan...

Sənsiz Yenə Darıxdım,Canım!


Unutma ki kilometrlərcə məndən uzaqda olsan da yenə də qəlbimdəsən
Bu həsrət sənə olan sevgimi daha da artırır...


Tarix: 03.12.2014 / 18:05 Müəllif: Aziza Baxılıb: 63 Bölmə: Sevgi şerləri
loading...