Seni Bele Sevmeyim...
Səni bu cur sevməyim
Özümə də sirr qalıb.
Könlüm bunca sevginin
Önündə əsir qalıb.
Səni bu cur sevməyim
İlahi paydır mənə.
Açmacası bulunmaz
Sirli olaydır mənə.
Səni bu cur sevməyim-
Çəkib yuxumu ərşə !
Amma mənə xoş gəlir
Sevmək- nə dadlı nəşə!
Bu möcüzə duyğunu
Anlada bilərmi dil ?
Səni bu cur sevməyim-
Məndən asılı deyil.
Səni bu cur sevməyim
Duyğudan üstün bir hal !
Səni bunca sevməyim
Gerçəklikdə bir xəyal !
Səni bu cur sevməyim-
Qışda - ilk baharımdır
Səni bunca sevməyim-
Ən dəyərli varımdır.
Həyatın sonu - ölüm !
Mən ölsəm də ay gülüm-
Nə qalacaq, de - nəyim ?
Səni bu cur sevməyim...
Seni bunca sevmeyim...
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 71 Bölmə: Sevgi şerləri
loading...