Mənə Ağrımayan Bir ürək Verin
Elə bil bərkiyib,daşdı ürəyim,
Duyğudan qaynayıb daşdı ürəyim.
Ağrıdan inləyib çaşdı ürəyim,
Mənə ağrımayan bir ürək verin.
Yanmasın nə sevgi,nə eşq oduna,
Salmasın o ötən günü yadına,
Düşməsin kiminsə şər girdabına,
Mənə ağrımayan bir ürək verin.
Dərdsiz ürəkləri tanrı doğurmaz,
Deməyin ki,mənim dərdim,ağrım az,
O hansı ürəkdir,soylə,ağrımaz?
Mənə ağrımayan bir ürək verin
Ürək onsuz, bilir,hər şey ötəri,
Hər şey gəldi-gedər,hər şey itəri,
Dünyada dərdlər var dərddən betəri,
Mənə ağrımayan bir ürək verin.
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 49 Bölmə: Sevgi şerləri
loading...