Bizim Yollarımız Görüşməyəcək.
Talehin falına açma ovcunu,
Tale yazısını dəyişməyəcək,
Heç vaxt görüşməyən paralellər tək,
Bizim yollarımız görüşməyəcək.
Hardasa nagahan bir külək əsdi.
Bəxtimiz borana,yagışa düşdü,
Eşqin baharına qoşa tələsdik.
Mən baharda qaldım,sən qışa düşdün.
İkimiz bir odun zərrələriydik,
Biz bir cüt ulduzduq bu kainatda,
Fəqət sən ay oldun mən isə günəş,
Görüşə bilmədik yenə həyatda.
Səni ha çagırdım səsim çatmadı.
Yol gəlib bir uzaq mənzilə çatdım,
Sən zilə çıxanda mən bəmə düşdüm.
Sən bəmə düşəndə mən zilə çatdım.
Bəzən xəyalların yuxuma girir,
Gəlir qulaqıma həzin bir səda,
Nə bədbəxt bəndəyəm yuxum çəkilir.
Görüşə bilmirik yuxulardada.
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 73 Bölmə: Sevgi şerləri
loading...